Qanunsuz əməliyyat, ölüm və “gizli əl”: kim qoruyur?

2025-ci ilin 15 avqust tarixində “Etalon” hospitalda baş verən və tanınmış psixoloq Nilufər Abdullanın həyatına son qoyan hadisə təkcə tibbi səhv iddiası deyil – bu, hüquqi məsuliyyət, sistem boşluğu və mümkün himayədarlıq məsələsidir.Məlumata görə, estetik əməliyyatı Səhiyyə Nazirliyi tərəfindən estetik əməliyyat üçün, sertifikatı ləğv edilmiş Seymur Məmmədov tərəfindən icra olunub. Bu faktın özü kifayət qədər ağır hüquqi nəticələr doğurmalıdır. Çünki qüvvədə olan qanunvericiliyə əsasən, tibbi fəaliyyət üçün xüsusi ixtisas və etibarlı sertifikat mütləq şərtdir.
Estetik əməliyyat aparmaq üçün, Sertifikatı ləğv olunmuş şəxsin estetik cərrahi əməliyyat aparması birbaşa qanun pozuntusudur.Daha da diqqətçəkən məqam isə ilkin məhkəmə-tibbi ekspertiza rəyi valideynlərin şikayətindən sonra ləğv edilir və təkrar ekspertiza təyin olunur. Bu, artıq prosesin şəffaflığı ilə bağlı ciddi suallar yaradır. Əgər ilk rəy obyektiv idisə, niyə ləğv edildi? Yox, əgər qərəzli idisə, o zaman həmin rəyi verənlər hansı məsuliyyəti daşıyacaq?
Mediatvaz.com-un redaksiyasına daxil olan məlumatlarda isə daha ciddi iddialar var, hansısa “gizli əl” bu işdə adı hallanan şəxsi məsuliyyətdən yayındırmağa çalışır. Əgər bu iddialar doğrudursa, söhbət artıq təkcə bir həkimdən yox, bütöv bir səhiyyə sistemindəki problemindən gedir.
Burada əsas hüquqi məqamlar açıqdır:Plastik əməliyyatlar üçün sertifikatsız tibbi fəaliyyət — qanun pozuntusudur,bu fəaliyyət nəticəsində ölüm baş veribsə — məsuliyyət daha da ağırlaşır.Bu qədər açıq faktların fonunda sual yaranır, daha hansı sübut lazımdır ki, aidiyyəti qurumlar konkret və qəti mövqe ortaya qoysun? Əgər bir şəxsə qanunla qadağan olunmuş fəaliyyətə baxmayaraq əməliyyat aparmağa şərait yaradılıbsa və nəticədə insan həyatını itiribsə, bu artıq təkcə fərdi məsuliyyət deyil – qanunui məsuliyyətdir.
Valideyinlər cavab gözləyir:Kim bu prosesi ləngidir,Kim məsuliyyəti yayındırır,Və ən əsası – kim kimi qoruyur?Bu hadisə üzrə gecikdirilən qərar yalnız bir sualı daha da böyüdür: qanun işləyir, yoxsa kimlərsə onu öz maraqlarına uyğun idarə edir? (Mediatvaz.com)
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Tarix: Bu gün, 20:58
Xəbəri paylaş



Xəbər lenti