“COVID- 19 milyon dəfə mutasiya edə, vaksinlər effektsiz ola bilər”-İnfeksionistlə MÜSAHİBƏ


“COVID- 19 milyon dəfə mutasiya edə, vaksinlər effektsiz ola bilər”-İnfeksionistlə MÜSAHİBƏ

Artıq iki ilə yaxındır koronavirus haqqında o qədər çox informasiya yaranıb ki, sözün əsl mənasında bunun içində itib-batmaq olar.
Hər gün yenilənən informasiya gəlir. Eynən koronavirusun ştammları kimi. Əsas məslələrdən biri isə dünyada virusa qarşı peyvənddə yaş məhdudiyyətidir. Hər gün Aropa ölkələrində vaksinlə bağlı yaş həddi azaldılır.
Bu baxımdan, Azərbaycanda da COVID infeksiyasından qorunmaq üçün yaş məhdudiyyəti digər ölkələrdəki kimi 15 yaşadək endirildi. Amma bu məhdudiyyətin daha da endiriləcəyi deyilir.
Digər aktual məsələlər də var ki, bütün bunlarla bağlı Cebhe.info infeksionist Vüqar Cavadzadə ilə həmsöhbət olub.
-Son zamanlar virusla bağlı fərqli fikirlər səsləndirilir. ÜST-ün əksər məlumatlarında vaksinasiyanın xəstəliyin müalicəsində tam effektli olmadığı deyilir. Deyildiyi kimi, koronavrus bir “oyun” ola bilərmi?
-Bu məsələdə hər hansı plandan söhbət gedə bilməz. Sadəcə olaraq, virus mutasiyaya uğradığına və vaksinin effektivlik dərəcəsi nisbətən aşağı düşdüyünə görə belə düşünülür. Ola bilsin ki, gələcəkdə koronavirus milyon dəfələrlə mutasiya etsin və vaksinlərin effekti heç qalmasın. Amma hazırda aparılan ilkin tədqiqatlar zamanı görünür ki, COVID-19- a qarşı olan vaksinlər “Delta”, “Britaniya” ştammına qarşı effektlidir. Gələcəkdə virus dəfələrlə mutasiyaya uğrasa, mümkündür ki, vaksinin təsirlilik dərəcəsi yetərli olmasın.
-Ötən il azərbaycanlı alimlər virusun ilin sonu bitəcəyini proqnoz edirdilər. Bu il də eyni fikirlər səsləndirilir, amma nəticə qeyd edildiyi kimi deyil...
-Bunu heç kim əvvəlcədən proznoz edə bilməz. Bu barədə proqnoz vermək çox çətindir. Bu ilin sonu artıq yaxınlaşır, ola bilər ki, gələn il də pandemiya davam etsin. Çünki havalar soyumağa doğru gedir və virusun artma ehtimalı var.
-Vaksinin nədən hazırlandığı həmişə insanlar üçün maraqlı olub…

-Vaksinlərin nədən hazırlandığı hər kəsi düşündürən suallar sırasındadır. Bildirim ki, vaksinlər bir- birindən hazırlanma texnologiyasına görə fərqlənir. Məsələn, Çinin "SinoVac" şirkətinin "CoronaVac" vaksini inaktiv vaksindir. İnaktiv vaksin virusun canlı orqanizmdən alınaraq fiziki, kimyəvi amillərin təsiri ilə öldürülməsi nəticəsində hazırlanır. Fiziki və kimyəvi təsir dedikdə, ultrabənövşəyi şüalar və s. nəzərdə tutulur. Virus bu üsulla öldürülsə də, xəstəliktörətmə qabiliyyəti az da olsa qalır. Yəni antigelli xüsusiyyəti çox güclü səviyyədə qalır. Bu, artıq vaksin deməkdir. Hazırlanmış vaksini orqanizmə daxil edərkən zəif olduğu üçün bədən həmin virusun öhdəsindən daha tez gəlir və antitellər sintez edir. Daha sonra insan həqiqi virusla qarşılaşanda artıq bədəndə hazır antitellər olduğu üçün insan xəstələnmir, yaxud da xəstəliyi yüngül keçirir. İnaktiv peyvəndlərin hazırlanması ənənəvi üsuldur. Ənənəvi üsul dünyada tətbiq olunanlardan biri deməkdir. Yəni bu, sınanmış və tətbiq olunan üsullardan biridir.
Digər metod "Vektor" metodu, ya da "Vektor texnologiyası" adlanır. Bu peyvəndlərə Londonun "Oxford" universitetinin hazırladığı "AstraZeneca", bir də Rusiya universitetinin hazırladığı "SputnikV" aiddir. Bu texnologiyada virusun antigen hissəcikləri digər bir virusun üzərinə yerləşdirilir. Məsələn, adenavirusun üzərinə. Beləliklə, hazırlanmış vaksin orqanizmə daxil edilir. Adenavirus sadəcə virus hissəciyinin orqanizmə daşınması funksyasını yerinə yetirir.
Həmçinin "RNT matrix" üsulu ilə hazırlanan peyvəndlər də var. Bura da Amerikanın "Pfizer" və "Moderna" vaksini daxildir. Bu üsulda virisun RNT hissəciklərindən istifadə olunur.
-Azərbaycanda 15 yaşlı bəzi yeniyetmələrin vaksindən istifadəsinə icazə var. Həmin yaş qrupundakı yeniyetmələrin orqanizmi bioloji olaraq inkişaf mərhələsində olur. Vurulan vaksinlər hansısa fəsad yarada bilməz ki?
- Mən düşünürəm ki, “CoronaVac” vaksinini 10 yaşlı uşaqlara da vurmaq olar. Çünki inaktiv vaksindir. Təcrübələrdən görünür ki, hətta kiçikyaşlı uşaqlara inaktiv vaksinlər vurulması barədə tibb tarixində məlumatlar var. İnaktiv vaksinlərin hazırlanma texnologiyasının tarixi yüz ildən artıqdır.
-Digər ölkələrin vaksinlərinin nə kimi təhlükəsi ola bilər?
- “CoronaVac” dan başqa digər vaksinlərin hazırlanma texnologiyası daha “gənc” olduğuna görə həmin yaş qrupundakı uşaqlara vurulması üçün perparatların üzərində elmi- tədqiqat işləri aparılmalıdır.
-Bəzi tanınmış mütəxəssislərin fikrincə, vaksinlər insanlarda sonsuzluq yarada bilər...
- Vaksinlər yüz il bundan əvvəldən istifadə edilir. Həmin illərdən əvvəl Yer kürəsinin əhalisi əgər 2 milyard idisə, hazırda 7 milyarddır. İnaktiv vaksinlər isə yüz ildən artıqdır ki, istifadə edilir. Əgər təhlükə yaratsaydı, dünya əhalisinin sayı son yüz ildə 2,5 dəfə artmazdı. Səsləndirilən fikirlərin hamısı əsassızdır.
- Xaricdə, xüsusən də Avropa ölkələrində vaksinlə bağlı yaş məhdudiyyəti günbəgün azaldılır.Uşaqların vaksinasiyasının neçə yaşadak endirilməsinin tərəfdarısınız?
-Ümimiyyətlə, 10 yaşadək uşaqlarda koronavirus infeksiyası ciddi fəsadlara səbəb olmur. Virus artıb qorxulu vəziyyət yaradarsa, həmin yaş qrupu uşaqlara vaksin vurulması fəsad yaratmaz. Söhbət Çinin “CoronaVac” vaksinindən gedir.
-Deyilir ki, “Pfizer” vaksininin güclü təsirləri olur. Yəni sözügedən vaksin vurulandan sonra həmin şəxsdə başgicəllənmə, hətta müvazinətin itirililməsi olur. Sizcə, uşaqlara istifadəsi baxımından nə kimi yan təsirləri olar?
-Uşaqlar üzərində ciddi elmi- tədqiqat işləri aparılandan sonra “Pfizer” və digər vaksinlərin onlara vurulmasından danışmaq olar.
-Koronavirusun indikilərdən daha güclü ştammı yarana bilərmi?
- Koronavirusun bundan sonra onlarla, yüzlərlə mutasiya forması yaranacaq. Hələlik “Delta”dan sonra yoluxuculuq qabiliyyəti yüksək olan ştamm hələ yaranmayıb. Virus getdikcə mutasiyaya uğrayacaq, mümkündür ki, insane üçün elə də təhlükəsi olmasın, amma yaranan ştammların içərisindən elə bir variant çıxa bilər ki,yoluxuculuq və ödürücülük xüsusyyətləri “Delta”dan yüksək olsun.
-Bəs nə üçün dünyada tanınmış bəzi alimlər vaksin əleyhinə danışırlar?
- Yoluxucu xəstəliklərdən qorunmağın dünyada iki təsdiq olunmuş profilaktik üsulu var. Birincisi, qeyri- spesifik profilaktik tədbirlər, bura maska taxmaq, sosial məsafə saxlamaq və şəxslərlə kontaktda olmamaq daxildir. İkincisi isə spesifik üsuldur, yəni vaksinasiyadır. Bunun dediyim kimi, yüz illərlə tarixi var. Əgər hansısa alim desə ki, insan koronavirusa görə vaksinasiya olunmamalıdır, bildirim ki, həmin şəxsin nəinki alimlikdən, heç “aləm”dən xəbəri yoxdur. Həmin alimin sinir sisteminin nə yerdə olması və alimlik dərəcəsini necə əldə etməsi barədə nəsə deyə bilmərik. Bu gün dünyada koronavirus barədə fikir yürüdən insanların 10 nəfərdən 9- u infeksionist deyil. Virusla bağlı fikirləri ginekoloqlar, ofolmoloqar, cərrahlar deyir, fikir yürüdür. Bu, belə olmamalıdır, infeksiya haqqında mütləq mütəxəssis fikir bildirməlidir.
Tarix: 26-09-2021, 12:03
Xəbəri paylaş



Xəbər lenti