Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO


Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalıb. Bu səbəbdən də valideynlər övladladları üçün məktəbli paltarlarını indidən almağa başlayıblar.
 
Bakı Tikiş Evinin Satış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, şagirdin 1 dəst həm payız, həm də yaz geyimi təxminən 67 manata başa gəlir.
 
Qısaqol köynəklər 12 manat, uzunqol köynəklər isə 14 manatdır. Jaketlər isə nazik, qalın və kapüşonlu olaraq 3 cür olur. Qiymətləri isə müvafiq olaraq 20, 22, 25 manatdır.
 
Etibar Əzimovun sözlərinə görə, bəzi valideynlər məktəb alış-verişlərini son günlərə saxladığı üçün mağazalarda böyük izdiham yaşanır. Ona görə də tövsiyə edilir ki, valideynlər vaxtında məktəbli formalarını əldə etsinlər.
 
Qeyd edək ki, sentyabr ayının 15-i təhsil müəssisələrində yeni tədris ili başlayacaq.
 
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 

Tarix: Dünən, 22:27
Xəbəri paylaş



Xəbər lenti