
Son günlər Azərbaycanda azad olunmuş ərazilərdə çalışan ayrı-ayrı şirkətlərin öz işçilərinə əməkhaqqılarının verilməsində çox ciddi problemləri müşahidə etməkdəyik. Artıq bir neçə podratçı şirkətin adı bu kimi məsələlərdə giley obyekti olaraq hallanıb.
Bəs görəsən, nə baş verir ki, şirkətlər çalışdırdıqları işçilərinə vəd olunan əməkhaqqının ödənilməsi zamanı çətinlik çəkirlər? Bununla bağlı "DİA-AZ"a danışan mötəbər mənbə bildirir ki, əslində qeyd olunan məsələ hansısa şirkətin məxsusi problemi deyil:
"Maliyyə Nazirliyindən ödənişlərin bir çoxu dayandırılıb. Artıq neçə müddətdir ki, yoxlamalar aparılır. Problem şirkətlərdə deyil, mərkəzdən pul çox az gəlir və elə olur ki, hətta mühüm dövlət əhəmiyyətli layihələrin icrası zamanı belə ciddi vəsait çatışmazlığı hiss olunur".