Ermənistan 8 kəndi və minlərlə hektar torpağı da qaytarmalıdır - GƏLİŞMƏ

Baş nazir Nikol Paşinyan Ermənistanın işğal altında saxladığı Azərbaycana məxsus 8 kəndi qaytarmağa hazır olduğunu deyib.
Söhbət Qazax rayonunun yeddi kəndi (Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Qızılhacılı, Xeyrimli) və Sədərək rayonunun Kərki kəndindən gedir. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında növbəti dəfə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə toxunub. O, çıxışı zamanı Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə aid olan anklavlar məsələsinə aydınlıq gətirib.
Paşinyan ilk dəfə olaraq Ermənistanın Azərbaycana aid kəndləri işğal etdiyini və nəzarət altında saxladığını etiraf edib. Lakin o, Ermənistanın Azərbaycanın tərkibində anklavlarının olduğunu iddia edib. “Biz kəndləri Azərbaycana qaytarmağa hazırıq, amma şərtimiz var. Əgər Azərbaycan da bizə məxsus kəndləri qaytarmağa hazırdırsa, biz də hazırıq,”-deyə Paşinyan bildirib. Onun iddialarına görə, hazırda Karvansaray (İcevan) rayonunun Azərbaycanın nəzarəti altında olan Berkaber (Bibiş), Vazaşen (Laləkənd), Ayqeovit və Paravakar kəndləri Ermənistanın anklavları hesab olunur. Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədlərin 1975-ci il xəritələri əsasında delimitasiyası və demarkasiyasının tərəfdarı olduğunu bildirib. Qeyd edək ki, adıçəkilən 8 kənd işğal olunduğuna görə hansısa şərtlər əsasında və ya ərazi mübadiləsi predmeti kimi nəzərdən keçirilə bilməz. Yəni İkinci Qarabağ müharibəsində kapitulyasiya sənədinə imza atmış dövlət kimi Ermənistan həmin kəndləri qeyd-şərtsiz geri qaytarmalıdır. Əks təqdirdə, Azərbaycan sözügedən əraziləri güc yolu ilə azad etmək hüququna malikdir. Əgər 1975-ci il xəritəsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilərsə, Qazax rayonunun işğal olunmuş yeddi kəndi ilə bərabər 1982-1984-cü illərdə Ermənistana verilmiş 1675 hektar torpaq sahəsi də Azərbaycana qaytarılmalıdır. Eyni zamanda, Sədərək rayonunun Kərki kəndi ilə yanaşı, 1975-ci ilə qədər Zəngilan rayonunun kolxoz və sovxozları üçün otlaq sahəsi kimi istifadə olunmuş və bundan sonra Ermənistana verilmiş Zəngəzur dağının Yağlıdərə və Vişlan düzü yaylaları, 1985-ci ildə Azərbaycandan qoparılaraq Ermənistana verilmiş xeyli torpaq sahəsi o cümlədən, Sədərək rayonunun “Həsənqulu bağı” adlı ərazisi və digər torpaqlar geri alınmalıdır.
Neqativ.com-un məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini, Qazax Ziyalılar Klubunun üzvü Tural İrfan Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın guya dörd anklavı işğal altında saxlaması barədə Paşinyanın iddiaları yalandır:
“Qazax rayonunun yeddi kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması sərhədlərin delimiytasiyası və demarkasiyası prosesi ilə bağlıdır. Bunun bir tərəfi də sülh müqaviləsindən asılıdır. Çünki həmin kəndlərin bir neçəsi, o cümlədən Kərki anklavdır. Sülh müqaviləsi olmadan və sərhədlər müəyyənləşmədən həmin kəndlərə gediş-gəliş çox çətin olacaq. Bu kəndlərlə əlaqəni təmin etmək üçün yol və ya dəhliz açılmalıdır. Paşinyanın açıqlamasına gəlincə, onun guya Ermənistana məxsus anklavların olması barədə dedikləri cəfəngiyyatdır. Ermənistanın revanşist müxalifəti Paşinyana ciddi təzyiq göstərir. Ona görə də Paşinyan siyasi balansı tarazlamaq üçün belə açıqlamalar verir. Onun dediyi torpaqlar heç vaxt Ermənistana məxsus olmayıb. Əslində, Qazax rayonunun torpaq sahələri SSRİ-nin son illərində qanunsuz olaraq Azərbaycandan alınaraq Ermənistana verilib. Dilican dərəsi, İncə dərəsi, Aslanbəyli və Kəmərli kəndlərinin ərazilərindən minlərlə hektar qanunsuz olaraq Ermənistana birləşdirilib. Bu baxımdan, Paşinyanın açıqlaması əsassız iddialardan ibarətdir. 1975-ci ilin xəritələrində də həmin ərazilərin Ermənistana məxsus olması barədə heç bir fakt yoxdur. Bu torpaqların hamısı Azərbaycana aiddir. Hesab edirəm ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində işğal altındakı kəndlərin qaytarılması, anklavların da bərpa olunması öz həllini tapacaq. Sadəcə olaraq, Paşinyanın bu məsələdə “əmma” çıxartmaq cəhdi onun erməni xislətindən irəli gəlir”.
O bildirib ki, akin üstünlük, hüququ və həqiqət Azərbaycanın tərəfindədir:
“Azərbaycanın ərazi bütövlüyü də BMT-nin qətnamələrində öz əksini tapıb. Ona görə də mən Paşinyanın iddialarının təmin olunacağına inanmıram. Biz heç vaxt Ermənistan torpaqlarını işğal etməmişik. Azərbaycanın nəzarətində Ermənistanın hər hansı anklav kəndi də yoxdur. Hətta Ermənistan yeddi kənddən əlavə Bala Cəfərli, Daş Salahlı kəndlərinin və digər kəndlərin üstündəki yüksəklikləri, Taxılqış dağı, Vəlixanov zirvəsi ermənilər tərəfindən qanunsuz olaraq zəbt edilib. Hətta Daş Salahlının üst tərəfində qədim mağaranın və kilsənin yerləşdiyi yüksəkliyi ermənilər işğal edib. Yeddi kənddən əlavə Qazax rayonunun ərazisinin üçdə biri Ermənistanıən nəzarətindədir. Ona görə də Ermənistan yalnız yeddi kənddən deyil, digər ərazilərdən də çəkilməlidir”.
Tarix: 8-05-2023, 22:06
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
-
8-06-2026, 10:39
Ukrayna müharibəni rusların evlərinə gətirib - CNN
-
8-06-2026, 09:11
AZAL-ın göylə “uçan” qiyməti,yerlə “sürünən” xidməti…
-
8-06-2026, 09:06
NÖVBƏTİ İXTİSAR DALĞASI ANONSU: Durun, cənablar... - NHMT sədri ÇAĞIRIŞ ETDİ