Laçının işğaldan azad edilməsindən bir il ötür

Laçının işğaldan azad edilməsindən bir il ötür
Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən bir il keçir.
 
Laçın rayonu 2020-ci ilin 10 noyabr bəyanatının müddəalarına əsasən, geri qaytarılıb.
 
Laçın rayonu Azərbaycanın ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir.
 
Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir.
 
Prezident İlham Əliyev ötən il Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində deyib:
 
“Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb.
 
Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”.
 
Bu ilin avqustunda Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.(oxu.az)

Tarix: 1-12-2021, 08:48
Xəbəri paylaş



Xəbər lenti