Paşinyan Moskvada sülh vəd edərkən separatçı Araik əski parçasıyla İrəvana gəldi...-FOTO

Paşinyan Moskvada sülh vəd edərkən separatçı Araik əski parçasıyla İrəvana gəldi...-FOTO
Ermənistanın müdafiə naziri Suren Papikyan və Qarabağ prezidenti Arayik Arutyunyan Azərbaycanla təmas xəttindəki vəziyyəti müzakirə ediblər.  
 
Moderator.az xəbər verir ki, News.am-ın yazdığına görə,  bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti informasiya yayıb.
 
"Arutyunyan Papikyanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona ölkə üçün bu çətin dövrdə uğurlar arzulayıb. Tərəflər təmas xəttindəki vəziyyəti, Rusiya sülhməramlılarının missiyasının gedişini və Qarabağda yenidənqurma işlərini müzakirə ediblər.
 
Xatırladaq ki, Suren Papikyan noyabrın 15-də bu vəzifədə Arşak Karapetyanı əvəz edərək Müdafiə Nazirliyinə rəhbər təyin edilib"- erməni nəşri belə yazır.
 
P.S. Biz də xatırladaq ki, Azərbaycan torpaqlarında 31-ci ildir ki, elə Kremlin birbaşa dəstəyi ilə qondarılmış  və hazırda da Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim tör-töküntülərinin rəhbəri  Araik İrəvanda öz əski parçası ilə bərabər Ermənistanın yeni müdafiə naziri ilə görüşəndə Moskvada Azərbaycan və Ermənistan liderləri Rusiya prezidentinin vasitəçiliyi ilə sülhdən, razılaşmalardan danışır, bəyanatlar verirdilər...


Tarix: 27-11-2021, 09:26
Xəbəri paylaş



Xəbər lenti