Sərhəddə ağır döyüşlər gedir, erməni tərəfinin döyüş vasitələri məhv edilib



Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhədin Laçın və Kəlbəcər istiqamətində gedən ağır döyüşlər barədə yeni məlumat yayıb. Məlumatı təqdim edirik:
-Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.
Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.
***
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun sərhəddə vəziyyəti daha da gərginləşdirdiyini və ağır artilleriyanı işə saldığını bəyan edir.
Nazirliyin təcili bəyanatını təqdim edirik:
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.
 
Tarix: 16-11-2021, 15:54
Xəbəri paylaş



Xəbər lenti