“Xankəndidə bir dığa digərinin başını kəsirsə və ya hansısa axçi sülhməramlını QİÇS-ə yoluxdurursa, biz hələlik qarışmırıq”



“Hərbçilərimizə qumbara atmış terrorçu Rusiya sülhməramlıları tərəfindən erməni tərəfinə təhvil verilib. Niyə? Ümumən Azərbaycan ərazisində törədilən hər bir cinayət üzrə cinayətkar bizim qanunlarla və bizim məhkəmələr tərəfindən mühakimə olunmalıdır. İstisna yalnız sülhməramlıların özlərinə aiddir: onlar Rusiya yurisdiksiyasına aiddir. Tutaq ki, lap hələlik erməni tərəfinin nəzarətində olan ərazidə də törədilən cinayətlər və digər hüquq pozuntuları bizim yurisdiksiyamızdan kənardır. Yəni Xankəndidə bir dığa digərinin başını kəsirsə və ya hansısa axçi rus sülhməramlısını QİÇS-ə yoluxdurursa, biz hələlik qarışmırıq. Amma bizim nəzarətimizdə olan ərazidə cinayət törətmiş şəxs hansı əsasla erməni tərəfinə təhvil verilib?”.
 
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.
 
Ə.Həsənov qeyd edib ki, bunun heç bir əsası yoxdur: “Rusiya ərazi bütövlüyümüzü tanıyırsa və 10 noyabr 2020-ci il tarixli razılaşmaya riayət edirsə, terrorçunu bizə təhvil verməli idi. Bu halda hətta Rusiya ilə aramızda olan 1994-cü il tarixli hüquqi yardım barədə müqavilə də tətbiq edilə bilərdi. Həmin müqavilənin 61-ci maddəsinə əsasən Rusiya ərazisində olan Rusiya vətəndaşı olmayan və Azərbaycanda mühakimə olunmalı olan şəxs bizə təhvil verilməlidir. Uzaqbaşı, Rusiya terrorçunu Rusiyada mühakimə edə bilərdi. Rusiya Cinayət Məcəlləsinin 12-ci maddəsinə əsasən. Həmin maddəyə görə Rusiya ərazisindən kənarda, lakin onun maraqlarına və ya vətəndaşlarına qarşı törədilmiş cinayətə görə şəxs Rusiyada da məsuliyyətə cəlb edilə bilər. Baş vermiş terror aktı o cümlədən Rusiya maraqlarına və onun sülhməramlılarına da qarşıdır axı. Bütün bunlara baxmayaraq, Rusiya terrorçunu nə bizə təhvil verdi, nə də özü mühakimə etdi. Bununla da çox təhlükəli presedent yaratdı. O cümlədən özünün bitərəf statusuna ciddi xələl gətirdi. Hesab edirəm ki, sülhməramlıların mövcud olduğu dövr üçün dəqiq hüquqi mexanizmlərin təsbit edilməsi Rusiyadan tələb edilməlidir!”
Tarix: 15-11-2021, 08:32
Xəbəri paylaş



Xəbər lenti