General Rüstəm Muradov yenə gəlir – Xankəndində xüsusi tədbir olacaq...

General Rüstəm Muradov yenə gəlir – Xankəndində xüsusi tədbir olacaq...
Rusiya Müdafiə Nazirliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya əsasən  bu ölkənin rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olmasının birinci ildönümü münasibətilə böyük bir tədbir təşkil etmək qərarına gəlib.
 
Moderator.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinin yaydığı məlumata görə, Azərbaycan torpaqlarındakı Rusiya “sülhməramlı”larının ilk komandiri general-leytenant Rüstəm Muradov bu gün – noyabrın 9-da Ermənistana gələcək. 
 
Sabah - səhər isə  R.Muradov Laçından keçməklə Qarabağa yola düşəcək. Noyabrın 10-da Xankəndində 1 illik münasibətilə  medal təqdimetmə mərasiminin keçiriləcəyi  gözlənilir.
 
Xatırladaq ki,  torpaqlarımızdakı “sülhməramlı”ların hazırkı komandiri general-leytenant Gennadi Anaşkindir.
 
Sultan Laçın

Tarix: 9-11-2021, 10:15
Xəbəri paylaş



Xəbər lenti