Deputat: "Azərbaycanlılarla ermənilərin birgə yaşaması mümkündür"

"Tarix boyu müxtəlif xalqlar arasında müharibələr baş versə də, zaman keçdikcə onlar sülh bağlayıb və bir yerdə yaşamağa başlayıblar. Bu baxımdan yanaşsaq, Qarabağda azərbaycanlılarla ermənilərin də birgəyaşayışının mümkün olduğunu deyə bilərik. Belə olan halda, zaman-zaman yeni qohumluqlar yarana bilər. Ümumiyyətlə, diqqət etsək, Moskvada, Rusiyanın digər şəhərləri və başqa xarici ölkələrdə azərbaycanlılarla ermənilərin ümumən birgə yaşadıqlarını müşahidə edə bilərik. Burada münaqişə yaradan, ortalığı qarışdıranlar isə şovinistlərdir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Azərbaycan tarixində də belə tendensiyalar yaşanıb: "Cəfər Cabbarlının "1905-ci ildə" əsərini, yəqin ki, oxumusunuz. Elə həmin vaxtlar ermənilər azərbaycanlıların başına min cür oyun gətirib, Bakıda, Şamaxıda, Qubada, Gəncədə soyqırımlar törədiblər. Lakin bu iki xalq daha sonra Sovetlər dönəmində uzun müddət yenə birgə yaşayaraq tarixin tələbinə cavab veriblər. Bunun üçün ağıllı və uzaqgörən olmaq, başqasına yuxarıdan aşağı baxmamaq lazımdır. Təəssüf ki, ermənilərin qanında olan şovinistlik tarix boyu onlara porblem yaradıb. Ermənilər ən qədim tarixə və ən qədim dinə malik xalq olduqlarını hesab edirlər, elə bilirlər ki, ali irqdirlər. Onlar uzun illər boyu başlarına yeridilən həmin ideologiyadan uzaqlaşa bilmirlər. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməklə Qarabağda azərbaycanlılarla bərabər yaşaya bilərlər. Yəni, ermənilər bizim qanunları qəbul etsələr, birgəyaşayış mümkündür. Mən inanıram ki, sadə xalq nümayəndələri düşmən kimi yaşamağı və müharibəni istəmirlər. Vaxtilə Qarabağı münaqişə ocağına çevirənlərin, Sərkisyan kimilərin keçmişi ləkəlidir, onlar cinayətkar və dələduzdurlar. Həmin şəxslər ermənilərin qanı üzərindən hakimiyyətə gəldikləri üçün indi erməni xalqı tərəfindən qəbul edilmirlər. Erməni xalqını və dövlətini güdaza verən belə qruplaşmaların fəaliyyəti, əlbəttə ki, nəticəsiz qaldı. Ötən 30 il ərzində torpaqlarımızı işğalda saxlayıb, sərvətimizi taladılar, lakin tarixi ədalətin bərpa edildiyi gün gəldi, Azərbaycan Vətən müharibəsində qələbə qazandı və Ermənistanı çökdürdü. Bütün bunların fonunda xalqlar barışığa gələrək birgəyaşayışa razı olmalıdırlar. Hesab edirəm ki, bu, tarixin tələbidir".
Tarix: 28-10-2021, 20:21
-
Bu gün, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Bu gün, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Bu gün, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Bu gün, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Bu gün, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Bu gün, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
Dünən, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
Dünən, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
Dünən, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
Dünən, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
Dünən, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
Dünən, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
Dünən, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
Dünən, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
Dünən, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
Dünən, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
Dünən, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
Dünən, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
Dünən, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO
-
Dünən, 09:25
"Assist Finance" şirkəti yenə də gerilədi - DÖVRİYYƏ AZALIR
-
Dünən, 09:18
Marketlərdə niyə hələ də köhnə ərzaqlar satılır?-ARAŞDIRMA
-
Dünən, 08:57
AAYDA Hövsan sakinlərini belə aldadır
-
7-09-2026, 23:21
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
-
7-09-2026, 23:14
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
-
7-09-2026, 22:47
Qusar yolları ilə bağlı 1,3 milyon manatlıq iki tender - Qalib eyni şirkətdir
-
7-09-2026, 22:46
Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi - Yeni təyinat
-
7-09-2026, 22:44
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
-
7-09-2026, 22:42
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi
-
7-09-2026, 18:41
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
-
7-09-2026, 18:37
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...