“44 günlük müharibədə Ermənistanı dəstəkləyən tək ölkə Rusiya idi”.
Modern.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib. İrəvanda keçirilən “Ermənistan-Rusiya. Yeni strategiyanın imperativi” mövzusunda geosiyasi diskussiyaya qatılan səfir müharibəyə toxunub.
“İndi fərqli regionlardan bəzi ölkələr özləri üçün yeni regional düzəndə nələrsə qazanmaq istəyir. Amma müharibə vaxtı hamısı susurdu”- deyə səfir söyləyib.