Rusiyanın Dağlıq Qarabağda daha çox qalmaq “planları var”



Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, onlar Rusiyanın Dağlıq Qarabağda 2020-ci il 9 noyabr sazişinin müddəti bitəndən sonra qalması üçün hər şeyi edəcəklər.
Dağlıq Qarabağda qurulan infrastruktur Rusiyanın orada daha çox qalma planlarının olduğunu göstərir. Bunu AzadlıqRadiosu-nun Ermənistan xidmətinə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Ötən il Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli atəşkəs bəyanatında Rusiya hərbçilərinin regionda beş il müddətinə qalması nəzərdə tutulur. Bu müddətin başa çatmasına altı ay qalmış tərəflərdən hər hansı biri onun xitam verilməsini istəməsə, müddət avtomatik uzadılır.
Müzakirələr aparılır
Azərbaycanın dörd ildən sonra Dağlıq Qarabağda Rusiya sülhməramlılarından imtina edəcəyi halda masada ssenari varmı? Qriqoryan bu suala cavabında deyib ki, bu məsələ gündəmdədir və rusiyalı həmkarları ilə müzakirə olunur. Onlar hadisələrin belə mümkün inkişafı halında addımları necə razılaşdırmağı götür-qoy edirlər.
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, onlar Rusiyanın Dağlıq Qarabağda 2020-ci il 9 noyabr sazişinin müddəti bitəndən sonra qalması üçün hər şeyi edəcəklər.
“9 noyabr bəyanatı uzunmüddətli qalmanı nəzərdə tutur. Ancaq Azərbaycan razılaşmasa, cəhdlərimizi birləşdirib problemin həlli yolunu tapmağa çalışacağıq. Ancaq bu gün Artsaxda (Qarabağda) baş verənlər, orada qurulan infrastruktur Rusiyanın orada daha çox qalma planlarının olduğunu göstərir”, – Qriqoryan deyib.
Azadlıq radiosu
Tarix: 7-10-2021, 22:47
Xəbəri paylaş



Xəbər lenti