"“Laçında Azərbaycan nəzarət postu ola bilməz”-deyən tutulub Bakıya gətirilməlidir...”



“Ötən il bu günlərdə Araik Arutyunyan Gəncəyə ballistik raketlər atılması əmrini verdiyini etiraf etdi və bir ilə yaxındır  Azərbaycan dövləti tərəfindən İnterpolla axtarışa verilib…”
 
“Mən öz gələcəyimi, uşaqlarımın gələcəyini, qohumlarımın gələcəyini Qarabağda görürəm. Heç yerə köçmək arzumuz yoxdur, istəmirik”. 

Moderator.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının  ərazisində hələ də Rusiyanın sülhməramlılarının himayəsində bəslənən separatçı-terrorçu erməni rejiminin tör-töküntülərinin başçısı sayılan Araik Arutyunyan  gənclərlə görüşü zamanı bildirib.
 
“Qarabağın ərazi bütövlüyü ilə bağlı danışıqlar prosesini dinc mübarizə ilə davam etdirəcəyik. Müharibədən qaçmalıyıq. Əlbəttə ki, ləyaqətlə. Bu səbəbdən sülhün gündəmi layiqli bir gündəm olmalıdır…”- Araik belə deyib.
 
Ötən il bu günlərdə Gəncəyə ballistik raketlər atılma əmrini verdiyini etiraf edən  separatçı-terrorçu dığa həyasızcasına Laçın dəhlizindən də danışıb: 
 
“Laçın dəhlizində Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin olması istisna olunur. Bu, dəhliz kimi layihələndirilib. Və əgər bir nəzarət məntəqəsi varsa, deməli, bu, dəhliz yox, nəzarət olunan yoldur. Belə iş isə olmur…"
 
Zəruri şərh:
 
Gəncəyə ballistik raket atılması və digər cinayətlərə görə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İnterpolla axtarışa verilmiş və hazırda torpaqlarımızın bir hissəsində sərbəst gəzən, ürəyi istəyəndə rahatca Laçından keçib Ermənistana gedib-gələn Araik Arutyunyan respublikamızın suverenliyini təhdid edən bu çıxışlarına görə qulağından tutulub qandallanıb Bakıya gətirilməlidir…

Tarix: 5-10-2021, 16:15
Xəbəri paylaş



Xəbər lenti