Alman ekspert Qarabağ müharibəsi ilə bağlı DETALLARI AÇDI: Son döyüşlərin gedişində...



Avropa Xarici Əlaqələr Şurasının (ECFR) tədqiqatçısı, hərbi ekspert Ulrike Franke Almaniyada çap olunan "Stern" nəşrinə Qarabağ müharibəsində kəşfiyyat və döyüş məqsədli pilotsuz uçuş partlarının (PUA) əhəmiyyətin şərh edib.
Publika.az xəbər verir ki, Almaniya və Avropa təhlükəsizlik siyasəti məsələləri üzərində işləyən Frankenin sözlərinə görə, Qarabağ müharibəsinin son döyüşlərində PUA-lar xüsusi önəm daşıyıb.
"Baş verənləri diqqətlə təhlil etsəniz, Azərbaycanın Ordusunun inkişafına yanaşması o qədər də təəccüblü deyil. Son illərdə bu ölkə orduya külli miqdarda pul xərclədi və buna uyğun olaraq silahlı qüvvələrini modernləşdirdi. Məncə, İkinci Qarabağ müharibəsində bir neçə vacib məqam var. Döyüş meydanında müxtəlif tipli pilotsuz uçan aparatların olması faktı var, bu, son bir neçə ildə PUA-nın inkişaf etdirilməsi və çoxalmasının nəticəsidir. İndi isə bir çox dövlətlərin PUA-dan qorunmaq üçün daha çox sərmayə qoymalı olduqlarını başa düşməsinə səbəb olan hərəkətin nəticəsini gördük" - U.Franke vurğulayıb.
Ekspert xatırladıb ki, Qarabağ müharibəsinin son mərhələsi pilotsuz uçuş aparatlarının hərbi əməliyyatlarda istifadəsi ilə bağlı ilk hadisə deyil, lakin bu, iki dövlətin bir-birinə qarşı PUA-lardan istifadə etməsi tamamilə yenidir:

"İndiyə qədər pilotsuz təyyarələr terrorçulara qarşı asimmetrik qarşıdurmalarda çox üstün dövlətlər tərəfindən istifadə olunurdu. PUA kiçik dövlətlər arasında təsirli bir savaş vasitəsidir. Müasir nəsil PUA-lar ABŞ və Çin kimi böyük güclər arasındakı hipotetik bir müharibədə əsas rol oynamayacaq. Bu halda başqa sistemlərdən danışacağıq. Amma kiçik dövlətlər bir-biri ilə müharibə edərsə, o zaman pilotsuz qırıcılar əhəmiyyətli hava əsaslı sistemlərdir. Azərbaycan və Ermənistan tərəflərindən hansısa biri ordusuna 100 pilotsuz təyyarə əlavə edərsə, hava gücü əhəmiyyətli dərəcədə artar.
Ötən il Azərbaycan ərazisində gedən döyüşlərdə başqa bir maraqlı faktor isə döyüş sursatının kütləvi istifadəsi, əməliyyat sahəsinin ətrafında dövrə vuran və vurarkən özlərini məhv edən PUA-lardır. Yəni kamikadze dronları. Bu da texnoloji cəhətdən yeni bir inkişafdır. Burada söhbət havaya qalxan, uzun müddət orda dövrə vuran və bir hədəf tapdıqda üzərinə çırpılan kiçik döyüş sistemlərindən gedir. Bu sistemlər inkişaf edir. Şəxsən mən düşünürəm ki, Qarabağ savaşının öyrənilməsi bu baxımdan əhəmiyyətlidir. Ən maraqlısı isə bu, PUA-ların gələcəkdə inkişaf etdirilməsi baxımından perspektivlidir".
Tarix: 14-09-2021, 15:19
Xəbəri paylaş



Xəbər lenti