Xəbərin nə dərəcədə dəqiq olub-olmamasını Laçın rayonu ilə Ermənistan sərhədindəki keçid məntəqəsinə nəzarət edən Rusiya hərbçiləri bilər... Müxtəlif xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətindəki Laçın dəhlizindəki dövlət sərhədindən keçərək Qarabağın ermənilər yaşayan ərazilərini turist qismində ziyarətlərini davam etdirirlər.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı-terrorçu rejimin rus dilində “Novosti”(“Xəbərlər”) internet kanalı məlumat yayıb.
“Bütün problemlərə baxmayaraq 2021-ci ilin yanvar-avqust aylarında Qarabağa gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə, demək olar ki, 10% artmışdır. Artım əsasən ötən il Ermənistan Respublikasının sərhədlərinin koronavirus epidemiyası səbəbindən bağlanması ilə əlaqədardır.
2021 -ci ilin yanvar -avqust aylarında Qarabağı 2560, avqustda isə 568 xarici turist ziyarət edib. Turistlər əsasən Rusiya, ABŞ, İran, Fransa və Ukraynadan gəliblər”- erməni kanalının yaydığı xəbərdə belə deyilir.
Zəruri şərh:
Xəbərin nə dərəcədə dəqiq olub-olmamasını Laçın rayonu ilə Ermənistan sərhədindəki keçid məntəqəsinə nəzarət edən Rusiya hərbçiləri bilər...
Tarix: 11-09-2021, 22:15