“Türkiyə- Rusiya Birgə Monitorinq Mərkəzinin niyə hadisəyə reaksiya bildirməməsi də ciddi sualdır”Etibarlı mənbələrdən daxil olan məlumatlara əsasən, son günlərdə Ermənistan silahlı qüvvələrinin aktiv şəkildə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyəti zonasına yerləşdirilməsi həyata keçirilir. Bu barədə “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan növbəti süjetdə bildirilir. “Məlumata əsasən, Ermənistan 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyəti qeyd olunan ərazilərə daşıyır. Bununla yanaşı, mülki geyimli hərbçilərin minik avtomobillərində Qarabağa yerləşdirilməsi də həyata keçirilir”, - deyə videomaterialda qeyd olunur.
Millət vəkili, MCP sədri Razi Nurullayev bu barədə “Sherg.az”a açıqlamasında ciddi araşdırmaya ehtiyac olduğunu bildirdi:
“Əgər ermənilər torpaqlarımıza Laçın dəhlizindən keçiblərsə, Azərbaycan zor gücünə həmin yolu bağlamalıdır. Nəzərə almaq lazımdır ki, Laçın dəhlizi humanitar xarakterlidir. Və belə bir əməl yolverilməzdir. Azərbaycan dərhal Laçın dəhlizini bombalamalı idi. İkinci bir tərəfdən, Türkiyə- Rusiya Birgə Monitorinq Mərkəzinin niyə hadisəyə reaksiya bildirməməsi də ciddi sualdır”.
Tarix: 10-08-2021, 14:00