“Əgər pandemiya olmasaydı, Qarabağda heç beş min erməni də qalmayacaqdı...”

“Əgər pandemiya olmasaydı, Qarabağda heç beş min erməni də qalmayacaqdı...”
“Əgər belə bir vəziyyət olmasaydı, heç beş min erməni də həmin ərazilərdə qalmayacaqdı...”
 
“Azərbaycanın hal-hazırda Rusiya sülhməramlılarının müşahidəsi altında olan ərazilərində yaşayan etnik ermənilərin sayı 25 min nəfərdən çox deyil. Bunu Cənab Prezident də Azərbaycan Televiziyasına müsahibəsində vurğuladı. Bu aspektdən də təqdim olunan məlumatların əksəriyyəti konkret faktlara söykənmir və reallığı əks etdirmir”.
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Politoloqun sözlərinə görə Azərbaycan ərazilərində yaşayan ermənilərin sosial vəziyyəti ürəkaçan olmadığı üçün insanlar o ərazilərdən köç etməyə üstünlük verirlər:
 
“Azərbaycanın hal-hazırda Rusiya sülhməramlılarının müşahidəsi altında olan ərazilərində yaşayan etnik ermənilərin sayı 25 min nəfərdən çox deyil. Bunu Cənab Prezident də Azərbaycan Televiziyasına müsahibəsində vurğuladı. Bu aspektdən də təqdim olunan məlumatların əksəriyyəti konkret faktlara söykənmir və reallığı əks etdirmir. Şübhəsiz ki, bu ərazilərdə sosial problemlərin həlli üçün imkan olmadığı və əhalinin iş fəaliyyətini təmin etmək istiqamətində hər hansı bir addımlar atımladığı faktiki olaraq indiki şəraitdə qeyri-müəyyən bir vəziyyətdə olduğu üçün bu əraziləri etnik ermənilərin tərk etməsi mümkündü və tərk edirlər. Əslində indiki şəraitdə yeganə çıxış yolu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və sülh müqaviləsinin imzalanması istiqamətində prinsipial addımlarından atılmasından ibarətdir ki, o da nəticədə Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ermənilərin sosial vəziyyətinə kömək edəcək və onların təbii ki, Azərbaycan ərazilərində baş verən iqtisadi proseslərə inteqrasiya etməsinə zəmin yaradacaq. Bu aspektdən də yeganə çıxış yolu ermənilərin Azərbaycan ərazilərində yaşamaları üçün tez bir zamanda davamlı və sabit bir sülh prosesinə daxil olmalıdırlar. Ermənilər mütəmadi olaraq daha öncə də Azərbaycan ərazilərini tərk edirdilər. Nəinki Azərbaycan ərazilərini, Ermənistanın özündən də məlum olduğu kimi köç uzun illər boyu davam edib və ölkənin real əhalisinin bu gün təxminən 35-40 faizi Ermənistanda yaşayır. İndiki şəraitdə bu köçün daha çox vüsət almasına mane olan əsas amillərdən biri koronavirus pandemiyasıdır. Çünki bir çox ölkələrin yolları bağlıdır, eyni zamanda, Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin, sosial, maddi durumu imkan vermir ki, onlar böyük xərclər çəkərək ermənilərin ənənəvi yaşadığı ölkələrə köç edə bilsinlər. Eyni zamanda, həmin ölkələr tərəfindən miqrantların qəbul olunması istiqamətində də çox ciddi problemlər var, heç kim indiki şəraitdə üzərinə əlavə yük götürmək istəmir. Əgər belə bir vəziyyət olmasaydı, düşünürəm ki, heç beş min erməni də həmin ərazilərdə qalmayacaqdı”.

Tarix: 24-07-2021, 08:49
Xəbəri paylaş



Xəbər lenti