Rusiya Qarabağla bağlı qərar verəcək: Ermənilər GÖZLƏNTİDƏ...

Rusiya Qarabağla bağlı qərar verəcək: Ermənilər GÖZLƏNTİDƏ...
Azərbaycan Ordusunun inamlı qələbəsi işğal altındakı torpaqların azad edilməsinə, Qarabağda yeni hərbi-siyasi vəziyyətin yaranmasına səbəb oldu. Buna rəğmən, Qarabağda sülhməramlıların nəzarət etdiyi ərazilərdə zaman-zaman separatçıların aktivliyi müşahidə edilir.
 
Belə ki, bölgədə Rusiya hökuməti və erməni diasporunun dəstəyi ilə geniş tikinti işləri həyata keçirilir.
 
Modern.az xəbər verir ki,  Rusiyanın “Kommersant” qəzeti Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki vəziyyətlə bağlı yeni məlumat dərc edib.
 
“Hazırda sakinlər üçün 5 min evin inşası nəzərdə tutulur. Tikinti işləri diaspor xeyriyyəçiləri və “Ermənistan” fondunun maliyyə vəsaiti hesabına həyata keçirilir. Məqsədimiz heç bir erməninin "ölkəsini" tərk etməməsidir. Hazırda sakinlər üçün “Ermənistan” fondu 200 milyon dollar maliyyə vəsaiti ayırıb”,- deyə separatçıların “tikinti naziri” Aram Sarkisyan açıqlama verib.
 
Separatçılar Rusiyanın yardımı ilə modul tipli mənzillər tikməyi düşünür.
 
“Ümid edirik ki, Rusiya hökumətinin yardımı ilə Qarabağda təxminən min ev inşa olunacaq. Məsələ müzakirə olunur və Rusiya hökumətinin qərarı gözlənilir”,- deyə Sarkisyan əlavə edib.
 
O, bölgənin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi ən böyük problem adlandırıb:
 
“Amma bunun reallıq olduğunu dərk etməli və bu reallıqda hələ çox illər yaşamalı olduğmuzu dərk etməliyik”.
 
Ümumilikdə isə Qarabağ erməniləri arasında narahatlıq və depressiv əhval-ruhiyyə hiss olunur.
 
“Müharibədə məğlubiyyətdən sonra yaşamaq doğurdan da çətindir. Xüsusən də türklərin (azərbaycanlıların-red) Şuşada olduğunu dərk edərək yaşamaq çox çətindir”,- deyə Xankəndi sakini Siranuş Melikyan söyləyib.

Tarix: 22-07-2021, 15:17
Xəbəri paylaş



Xəbər lenti