Atəşkəs hər gün pozulur. Bunda qeyri-adi heç nə yoxdur. Çünki Ermənistanla məsələlərimiz hələ bitməyib. Qarşı tərəf də ona görə atəş açır ki, bununla guya müqavimət gücünün mövcud olduğunu bizə sübut etməyə çalışır. Biz də bu təxribatlara kifayət qədər reaksiya veririk. Müharibədən əvvəl verdiyim müsahibələrdə Azərbaycanın atəşkəsə riayət etməsinin maraqlarımıza cavab vermədiyini bu cümlə ilə izah edirdim: “Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmən təzyiq altında olmalıdır. Əbədiyyətə qədər atəşkəsə riayət edəcəyimiz kimi öhdəliyimiz yoxdur, olmamalıdır”.
Müharibə etdik, torpaqlarımızın böyük qismini azad etdik, ancaq hələ görəcəyimiz işlər var. Atəşkəsə o zaman tam riayət olunacaq ki, biz Qarabağa və Laçın dəhlizinə tam nəzarət edək, Qazaxın 7 kəndi, Naxşıvanın 1 kəndi geri qaytarılsın, Zəngəzur dəhlizi işə düşsün və nəhayət iki dövlət arasında bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalansın. Bütün bunlar reallaşmayana qədər bölgədəki gərginlik azalmayacaq və atəşkəs pozulmaqda davam edəcək. Qarşı tərəf atəş açırsa, deməli həm Ermənistan hakimiyyətini, həm də Qarabağ separatçılarını daima təzyiq altında saxlamalıyıq. Qarabağdakı ermənilər də anlamalıdırlar ki, separatçı rejimdən qurtulmasalar və Azərbaycan qanunlarına tabe olmasalar onları da torpaqlarımızda rahat həyat gözləmir.
Eıxan Şahinoğlu
Tarix: 20-07-2021, 13:53