Şuşa atəşə tutuldu, Ordumuz cavab verdi


Ermənilər Şuşanı yenə atəşə tutdu: Cavab atəşi açıldı-RƏSMİ

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub. Cavab atəşi açılıb.
Neqativ.com  xəbər verir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
"İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur",-deyə bildirilib.
Tarix: 15-07-2021, 09:29
Xəbəri paylaş



Xəbər lenti