Deputatlar Şuşa və Naxçıvan hadisələri barədə: “Ciddi proseslər baş verir”


Deputatlar Şuşa və Naxçıvan hadisələri barədə:       “Ciddi proseslər baş verir”
Vahid Əhmədov: “Paşinyanın Moskva səfərinin ardınca baş verənlər təsadüfi deyil”
 
Məşhur Məmmədov: “Ölkəmiz hər bir vəziyyətə, istənilən təxribata hazır olmalıdır”
 
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Nazirlikdən verilən digər məlumata görə, iyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
 
Ermənistan silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə atəşkəs rejimini pozması ciddi müzakirələrə səbəb olub.
Vahid Əhmədov: “İslahatın məgər buynuzu olur?”
Milli Məclisin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, kifayət qədər ciddi proseslər baş verir: “Ermənistandaki son seçkilərdə qələbə qazanan Nikol Paşinyan bir neçə gün öncə Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Ardınca bu hadisələrin baş verməsi böyük maraq doğurur. Görünən odur ki, onlar erməni xislətindən və işğalçılıq mahiyyətindən əl çəkmək niyyətində deyillər”.
 
“Digər yandan onları müdafiə edən böyük dövlətlər var. Səfirlərin Şuşa səfəri zamanı ABŞ, Fransa və Rusiya səfirlərinin bu səfərdə iştirakdan imtina etməsi kifayət qədər ciddi mətləblərdən xəbər verir. Bu gün Qarabağ mövzusu ətrafında kifayət qədər problemlər var. Bu problemləri yaradan əsas ölkə Rusiyadır. Bunu artıq hər kəs anlayır. Rusiya sülhməramlılarının əraziyə yerləşdirilməsi, 10 noyabr üçtərəfli bəyanatının ziddinə addımlar atılması bunun bariz nümunəsidir”, - deyə deputat bildirib.
 
“Halbuki həmin bəyanatda aydın şəkildə göstərilirdi ki, orada erməni silahlı dəstələri qalmamalıdır. Lakin bu gün erməni terrorçuları ərazidə fəaliyyətini davam etdirirlər. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi tarixi zəfər, dövlət başçısının müstəqil siyasəti yürütməsi bəzi dövlətləri qıcıqlandırır. Onlar hər vəchlə Azərbaycanı təzyiq altında saxlamağa çalışırlar. Bu dövlətlərin başında gələn ölkə, heç şübhəsiz, Rusiyadır. Bu yolla Azərbaycanı tutduğu yoldan geri çəkilməyə, öz siyasi iradəsini qəbul etdirməyə çalışır. Lakin artıq dünya o dünya deyil və buna nail olacaqları mümkün deyil”, - deyə o vurğulayıb.
 
Əhmədovun sözlərinə görə, Azərbnaycan artıq 90-cı illərin Azərbaycanı deyil və kifayət qədər oturuşmuş dövlətdir: “Bir məqama xüsusi diqqət çəkmək istəyirəm ki, Azərbaycan tam müstəqil siyasət yürüdür. Kimin nə deməsindən asılı olmayaraq, bu, belədir. Heç şübhəsiz, regionda Azərbaycan kimi qüdrətli dövlətin müstəqil xarici siyasət yürütməsi rəsmi Kremlin maraqlarına uyğun deyil. Ermənistanda Qərbə bağlı şəxsin iqtidarda olduğu deyilsə də, bu ölkə həmişə Rusiyanın forpostu olub və olacaq. İndiki halda forpost olaraq öz missiyasını davam etdirir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsi də təzyiq altında baş verib. Əslində, baş verənlər gözlənilən idi və gələcəkdə yenidən təkrarlanacağı ehtimalı var. Bu baxımdan biz istənilən təxribata hazır olmalıyıq”.
Millət vəkili: “Rayonlarda ginekoloqlar yoxdur”
Milli Məclisin digər üzvü Məşhur Məmmədov da AYNA-ya söyləyib ki, Ermənistanın bu addımları sifarişin nəticəsidir: “Onlar sifarişlə hərəkət edirlər və yekunda yenə məyus olacaqlar. Nikol Paşinyan hakimiyyətə gələndən sonra müəyyən ümidləndirici vədlər versə də, sonradan öz vədinə asi çıxdı. Şuşada rəqs edir, hədəliyici bəyanatlar verirdi. Nəticə nə oldu? Nəticədə Ermənistan ordusu darmadağın oldu, Azərbaycan öz tarixi ərazilərini işğaldan azd etdi”.
 
Həmsöhbətimizin fikrincə, son parlament seçkiləri zamanı Ermənistan ictimaiyyətinin məğlub Paşinyana səs verməsi göstərdi ki, bu ölkədə artıq müharibə istəmirlər: “Ermənistan forpost ölkədir və heç zaman müstəqil siyasət yürütməyib. Paşinyanın Moskva səfərisonrası baş verənlər təsadüfi deyil və bəlli məqsədlərə xidmət edir. Görünən odur ki, Paşinyan yenə səhv yola qayıdır və bu yol onsuz da rəzil durumda olan Ermənistanı məhv aparacaq”.
 
“Azərbaycan Ermənistanın istənilən təxribatına cavab vermək iqtidarındadır. Bütün mənalarda onların bizim qarşımıza çıxmağa gücü yoxdur. Çünki biz Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdürük və heç kimin forpostu deyilik. Təbii ki, ölkəmizin müstəqil siyasət kursu müəyyən dairələri narahat edir. Xüsusən Azərbaycan-Türkiyə münasibətlərinin sürətli inkişafı onlarda qıcıq yaradır. Əslində müəyyən təxribatların olması gözlənilən idi. Bu mənada biz hər bir təxribata hazır olmalıyıq”, - deyə deputat qeyd edib.
 
O, bir məqama da diqqət çəkib: “Bu cür təxribatçı hərəkətlər nəinki bizi sarsıda bilməz, əksinə, onların öz əleyhinə işləyəcək. Diplomatik nümayəndəliklərin Şuşaya təşkil olunan səfəri zamanı ATƏT-in Mnisk Qrupunda təmsil olan dövlətlərin tədbirdə iştirakdan imtina etməsi onların qərəzli mövqeyinin göstəricisidir. Baş verən hadisələrin bu məsələlərlə də birbaşa bağlığılı var”.
 
Məmmədovun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələri məsələyə aydınlıq gətirməlidir: “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd edilir ki, Ermənistan silahlı dəstələri ərazini tərk etməlidir. Ərazidə təhlükəsizliyin təmin edilməsinə Rusiya cavabdehlik məsuliyyətini öz üzərinə götürüb. Bu xüsusda məsələyə aydınlıq gətirilməlidir. Bunu tələb etmək və sorğulamaq Azərbaycan tərəfinin hüququdur”.
Tarix: 14-07-2021, 23:44
Xəbəri paylaş



Xəbər lenti