Erməni axçiləri və dığalarından ibarət musiqi və folklor qrupları Azərbaycan Respublikasının hələ də Rusiya hərbi kontingentinin nəzarətində qalan Xocalı şəhəri yaxınlığındakı hava limanında rus hərbçilər üçün konsert təşkil ediblər.
Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Videodan da göründüyü kimi Rusiya hərbçiləri ermənilərin rus dilindəki ifalarına həvəslə qulaq asırlar…
Unutqanların yadlarına bir daha salaq ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xankəndindən 366-cı Rusiya alayının dəstəyi ilə hücum edən erməni hərbi birləşmələri Xocalı şəhərində, o cümlədən sözügedən hava limanında minlərlə soydaşımızı amansız soyqırıma məruz qoyub…
Tarix: 12-07-2021, 09:37