Laçında məskunlaşan ermənilərə ərazini tərk etmək üçün 30 noyabra qədər vaxt verilib.Cebhe.info xəbər verir ki, bunu Aysor.am saytı yazıb. Saytın yazdığına görə, ermənilərə bütün əşyalarını götürərək ərazini tərk etmək barədə “administrasiyadan” tapşırıq gəlib:
"Dedilər ki, 1 dekabra qədər burda heç kəs qalmasın. Biz getməliyik".Ermənilər bildiriblər ki, əvvəl şəhərin Azərbaycana təhvil veriləcəyini tam bilməyiblər:
“Bunu bizə ancaq 26 noyabrda günün ikinci yarısında dedilər. Sonra dedilər ki, guya Araik Arutunyan Rüstəm Muradovla (Qarabağdakı Rusiya sülhməramlılarının komandiri-red.) danışıb, biz burda qalırıq. Sonra isə dedilər ki, bu, doğru xəbər deyil, biz getməliyik. İki gün bizi gərginlikdə saxladılar. İndi isə son qərar qəbul olunub ki, çıxırıq".Laçında məskunlaşan ermənilər hara gedəcəkləri barədə də məlumatlı deyillər:
"Kim hara gəldi gedəcək. Bu məsələ də dəqiq deyil. “Rəhbərlik" bizə heç nə demir. Deyirlər ki, İrəvanda hansısa qərargah var. İndi dəqiq olan ancaq odur ki, Laçından çıxırıq".Neqativ.com
Tarix: 27-11-2020, 14:29