Dünən Kəlbəcərdən çıxmağa məcbur qalan erməni zabitləri azərbaycanlılar və Rusiya sülhməramlıları üçün bu rayonda saxladıqları tələlərlə bağlı maraqlı məlumatları paylaşıblar.Axar.az xəbər verir ki, bu barədə erməni istifadəçilər sosial şəbəkələrdə yazırlar.
"Ən çox müdafiə sədləri Kəlbəcərdə cəmlənmişdi. Biz orada dörd müdafiə xətti və bir çox minalı tələlər hazırlamışdıq, üstəgəl Ermənistanla daimi əlaqə saxlamaq imkanımız var idi. Azərbaycan Ordusu bəlkə bu rayonu da güc yolu ilə nəzarətə götürə bilərdi, amma onlar çox vaxt, canlı qüvvə və texnika itirərdilər", - deyə erməni zabitlərin məlumatında bildirilir.
Qeyddə vurğulanır ki, Bakı İrəvanı bütün maddələr üzrə məğlub edib və indi ermənilər bütün bu ərazilərdən çıxmağa məcburdurlar.
Tarix: 25-11-2020, 22:41