Qarabağda sülhməramlıların fəaliyyətinin 5 illə məhdudlaşmayacağı istisna deyil.Cebhe.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir bildirib ki, 5 ildə bölgədə təhlüksizlik və stabillik yaratmağa nail olmaq lazımdır:
"Ancaq nə qədər ki, bu münaqişə uzanacaq, Rusiya sülhməramlılarının fəaliyyətinin 5 illə məhdudlaşacağını düşünmürəm".Onun sözlərinə görə, 5 illik müddət prosesin başlanğıcıdır. Müddətin avtomatik olaraq uzadılması mümkündür: "
Mənim fikrimcə, indi əsas məsələ Dağlıq Qarabağda stabillik və təhlükəsizliyi təmin etməkdir. Ümid edirəm ki, Rusiya sülhməramlıları uğurla fəaliyyət göstərəcək və bu missiyanı real olaraq icra edəcəklər".
Tarix: 25-11-2020, 17:00