"Rusiya Türkiyə ilə üzləşməyə hazır olmalıdır” - Qərb mediası Qarabağdan nə yazır?



"Ermənistanla Azərbaycan arasında ədavət müvəqqəti dayandırılıb". “The New York Times” qəzeti redaksiya məqaləsində yazıb ki, atəşkəs silahları susdurdu, dronları durdurdu. Bu yaxşıdı, ancaq tərəflərin ədavəti sadəcə güclər balansının dəyişməsi ilə yeniləndi, həll olunmadı.
“Qaçan ermənilərin yandırdığı evlər bu düşmənçiliyin yenə alovlanacağını vəd edir. Dini və mədəni hekayətlərin yer aldığı münaqişələrin iblisanə məntiqi isə zorakılıq hər dəfə alovlananda kədər qatının qatılaşdığını göstərir, davamlı sülh bir az da uzaqlaşır”, – məqalədə deyilir.
Qəzet qeyd edir ki, Rusiyanın münaqişədə atəşkəs əldə etməsini çökmüş imperiyanın keçmiş subyektləri üzərində nəzarəti bərpa etməsi kimi qələmə vermək cəlbedicidir. Ancaq fakt odur ki, Rusiya regional qarşıdurmaya keçə biləcək münaqişəni dayandırmağa qadir yeganə ölkə idi.
Di gəl, Rusiya tam bir zəfərlə də öyünə bilmir. 
“İndi Moskva azı beş il ərzində təlatümlü bir regiona 2 minədək sülhməramlı göndərməli, ağırlığını ortaya qoymağa getdikcə daha artıq hazır Türkiyə ilə üzləşməyə hazır olmalıdır”, – məqalədə vurğulanır.
“The Washington Post” qəzetində Robin Dikson da Dağlıq Qarabağda atəşkəs əldə olunmasına baxmayaraq, risklərin böyük olduğunu yazıb. 
Tarix: 24-11-2020, 14:17
Xəbəri paylaş



Xəbər lenti