Türk ordusunun Azərbaycana göndərilməsinin ləngiməsinin əsl səbəbləri məlum olur. Ləngimə Türkiyə ilə Rusiya arasında Dağlıq Qarabağda sülhməramlıların dislokasiyası ilə əlaqədar fikir ayrılıqlarından qaynaqlana bilər. Ovqat.com xəbər verir ki, “Reuters” xəbər agentliyinin məlumatına görə, iki dövlət arasındakı ziddiyyət Türkiyə tərəfinin vahid koordinasiya mərkəzindən asılı olmayan müşahidə məntəqəsi açmaq istəyi ilə əlaqədardır. Moskva mübahisəli ərazilərdə birbaşa Türk kontingenti olmasını istəmir.
Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğundan Rusiyanın bu məsələdə istəyi başa düşülən deyil. Moskva get-gedə “sülhməramlı” maskası altında öz işğalçı mövqeyini ortaya qoyur.
Tarix: 23-11-2020, 22:58