Azərbaycan ordusunun ağır zərbələrinə rəğmən hələ də canı tam çıxmamış separatçı-terrorçu Qarabağ rejiminin qanunsuz ordusunun komandanlığı “Yexnikner”(“Marallar”) adlanan elit hərbi hissəsinin əsgərlərinin mövqelərini tərk etmələri barədə xəbərləri təkzib edib.Moderator.az xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” məlumat yayıb. "Müdafiə Ordusu bu ordu hissələrinin öz müdafiə mövqelərində xidmətə davam etdiyini və bundan sonra da davam edəcəyini bildirib" deyə xəbərdə deyilir.
Erməni mənbələrinə görə, bu hərbi hissə Qarabağın şimalındakı inzibatı-hüquqi cəhətdən Azərbaycan Respublikası Tərtər rayonuna aid olan “Tonaşen” adlandırılmış Qaratəpə kəndi yaxınlığında yerləşir.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi noyabrın 5-də Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Təpəkənd (“Tonaşen”) kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdılması haqda məlumat yayıb.
Məlumat doğrudursa və separatçıların hərbi komandanlığı Qarabağdan çəkilməyə dair müddəaları yerinə yetirməkdən imtina edirsə, Rusiya sülhməramlıları müdaxilə etmək məcburiyyətindədirlər. Çünki 10 noyabr tarixli üçtərəfli razılaşmanın maddələrinin riayət olunmasının izlənilməsi məsuliyyəti onlara həvalə edilib. Əgər sülhməramlılar da bunu etmirlərsə, onda Azərbaycan Silahlı Qüvvələri üçtərəfli razılaşmanın işğalçı erməni ordusunun hüquqi ərazisindən kənarlaşdırılmasının həyata keçirilməsini təmin etmək hüququna malikdir.
Onu da xatırladaq ki, hazırda Tərtər rayonunun 10 kəndi hələ də rəsmən işğal altındadır.Sultan Laçın