Ermənilər Dağlıq Qarabağın digər ərazilərini də tərk edirlər, Paşinyanın çağırışı heç bir nəticə vermir


 
Paşinyanın imzaladığı kapitulyasiya aktından sonra ermənilər Dağlıq Qarabağı tərk edirlər. Söhbət təkcə həmin sənəddə boşaldılması nəzərə tutulan rayonlardan da getmir. Xankəndi, Xocavənd, Ağdərə kimi ermənilərin yaşaması nəzərdə tutulan yerlərdən də Ermənistan kütləvi axınlar davam edir. Rəsmi İrəvan və qondarma “DQR” yetkililərinin “yerlərinizi tərk etməyin çağırışları da ermənilərə ümid vermir. Başını götürən Dağlıq Qarabağdan qaçır. 
 
Haqsız da deyillər. Bu gün hamiləri Moskva onların dadına çatsa da, “sülhməramlı” adıyla torpaqlarımıza girən rus qoşunlarının Dağlıq Qarabağda uzun müddət qalması şübhə doğurur. 
 
Əvvəla, ona görə ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında bağlanan bəyanatda “sülhməramlı”ların həmin ərazilərdə yerləşdirilməsinin müddəti 5 illikdir. 5 ildən sonra Azərbaycanın rus ordusuna Qarabağın ardını göstərmək hüququ var. Üstəlik, önümüzdəki 5 ildə Rusiyanın özünün vəziyyətinin necə olacağı da bəlli deyil. Xüsusilə ABŞ-ın yeni prezidenti Co Baydenin hakimiyyəti illərində bu müəmma Moskvaya bel bağlayaraq həyatını quranları ciddi şəkildə narahat edəcək.


 
İkinci ona görə ki, həmin ermənilər bundan sonra 30 il bundan əvvəl qanlarına qəltan etdikləri xocalılarla, əsgəranlılarla, xankəndililərlə bir yerdə yaşamağa məhkumdurlar. Sığındıqları hamiləri isə onları əvvəlki kimi qoruya bilməyəcək. Gecələri səksəkədə yatıb gündüzləri gizlənməyə sıçan deşiyi axtaracaqlar. Öz axmaqlıqları sayəsində düşdükləri ağır şəraitdə yaşaya-yaşaya iqtisadiyyatlarını qura bilməyəcəklər. Məcburən bölgənin ikinci dərəcəli sakinlərinə çevriləcəklər.
 
Üçüncü ona görə ki, bu gün zorla dondurulmuş hala gətirilən münaqişə həlledilmiş problem deyil və Azərbaycan xalqı öz torpaqları üzərində tam nəzarət etməyənədək ədalətin bərqərar olduğuna inanmayacaq və xəmirləri türk düşmənçiliyi ilə yoğrulmuş ermənilər yarımçıq sülhün ümidinə qalacaqlar. Yarımçıq sülh isə münaqişənin hər an yenidən qızışması perspektivi deməkdir. Sabah yenidən ixtilaflar yarananda zorla Azərbaycan torpağına pərçimləndirilmiş bu insanlar böyük güclərin geopolitik oyunlarının ilk qurbanlarına dönüşəcəklər.
 
Ən əsası isə, bundan sonra vətəndaşları olacaqları Azərbaycanın bayrağı qarşısında hər gün təzim etməli, övladlarını bizim məktəblərdə oxutmalı, erməni vəhşiliyindən bəhs edən tarix kitabları oxumalı, şeirlər əzbərləməli və dərslərindən “5” almağa çalışmalıdırlar. Böyükləri bizim məmurların idarəçiliyinə boyun əyməlidirlər.  
 


Əlbəttə ki, bütün bu amillər erməniləri haqlı olaraq dərindən düşündürür, Paşinyanlara, Arayik Arutyunyanlara qulaq asmamağa vadar edir. Anaket" analitik mərkəzinin rəhbəri, “DQR” “prezidenti”nin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Tigran Abrahamyanın bu gün Facebook səhifəsində paylaşdığı statusu da bu dərin əndişədən xəbər verir. Müəllif yazır:
 
 
“”Artsax” “prezidenti” və Ermənistanın baş naziri erməniləri geri dönməyə çağırdıqda, bir neçə vacib suala cavab verməlidirlər:
 
Birincisi, bizim təslim olduğumuz itirilmiş ərazilərin sakinləri, məsələn, Hadrut və ya Laçın əhalisi hara dönəcək, aqibəti necə olacaq, harada yaşayacaqlar və s.?
 
İkincisi, əraziləri təslim edilməmiş, lakin evləri dağılan soydaşlarımız hara qayıdacaqlar?
 
Nikol, geri dönməyə çağırmadan əvvəl mütəşəkkil şəkildə uyğun maliyyə imkanlarını tapmalı idin, 9 noyabrda imzalanan biabırçı sənəddən sonra inşaat şirkətləri lazımi bərpa işlərinə başlamalı idi.


 
Üçüncüsü, çağırışdan əvvəl insanların sizə inandıqları təqdirdə dinləyəcəyini unutmayın. Sizə inam varmı, bu barədə danışmasaq yaxşıdır. Digər hallarda, nə deməyinizdən və siyasi avtoritetinizdən asılı olmayaraq qayıtmaq istəyənlər onsuz da geri qayıdacaqlar
 
Yenə deyirəm, hazırkı şəraitdə “Artsax”ı tamamilə itirməmək üçün hər bir “artsaxlı” “Artsax”da yaşamalıdır, amma bunun üçün çox sürətli hərəkət etməli, lazımi şəraiti yaratmalı və ən əsası insanlar ailələrinin təhlükəsiz şəraitdə yaşadığını dəqiq bilməlidir.
 
Sözlərlə və çağırışlarla heç bir nəticə əldə etmək mümkün deyil, insanlar görməlidir ki, heç olmasa yuxarıdakı suallar üzərində işləyirsiniz, bundan sonra heç bir çağırışı gözləmədən geri dönəcəklər”.
 



Tarix: 14-11-2020, 22:47
Xəbəri paylaş



Xəbər lenti