Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki rus sülhməramlılarının Laçın dəhlizini nəzarətə görürdüklərini söyləyib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “İnterfaks” agentliyi yazır.
“Bu günə qədər Rusiya Federasiyası Silahlı Qüvvələrinin kontingenti Laçın dəhlizini və Laçın yolundan Lısoqorsk sovxozunadək olan ərazini müvəqqəti müşahidə məntəqələrinin yaradılması ilə nəzarətə götürüb”. Rudskoy çərşənbə günü keçirdiyi brifinqdə belə deyib.
Qeyd edək ki, Laçın dəhlizi işğal edilən Dağlıq Qarabağı Ermənistan ərazisi ilə birləşdirir.
Tarix: 11-11-2020, 14:58