“Ermənistan irəli sürülən şərtləri qəbul etməyə məcburdur" – “İrəvanın heç bir seçim variantı yoxdur"



Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini açıqladı. Ali Baş Komandan çıxışında bir daha vurğuladı ki, işğal altındakı bütün torpaqlar boşaldılmalıdır.
Politoloq Ərəstun Oruclu mövzu ilə bağlı "Azadlıq" radiosuna deyib ki, Şuşanın işğaldan azad olunması Azərbaycan üçün həm psixoloji, həm siyasi və həm də hərbi strateji əhəmiyyət kəsb edir: "Çünki Şuşa Qarabağda hər mənada həlledici bir məntəqədədir, hərbi mövqedir. Bu, Ermənistan ordusunun vəziyyətini hər mənada dəyişdi. İstər hərbi-taktiki, istər psixoloji. Ermənistanın siyasi mühitinə birbaşa təsir göstərdi".
Politoloq gözləmir ki, Ermənistan hökuməti ordunu işğal edilmiş ərazilərdən çəkib aparacaq: "Bu, Ermənistan siyasətində həlledici amildir. Ona görə elə bir addım atacaqlarını gözləmirəm. Eyni zamanda, ciddi müqavimət olacağını da gözləmirəm...".
O, hesab edir ki, iki ölkə arasında sonra sülh müqaviləsi imzalanmalıdır: "Amma burada sual bundan ibarətdir ki, Ermənistan ona gedəcəkmi? Düşünürəm ki, o məsələdə də Ermənistan konstruktiv mövqe tuta bilməyəcək. Çünki sülh müqaviləsi imzalamaq Ermənistan üçün ağır olacaq. Ermənistan müharibədə məğlub tərəfdir və təbii ki, irəli sürülən şərtləri də qəbul etməyə məcburdur".
Ə.Oruclunun fikrincə, digər tərəfdən, Ermənistanda o müqaviləyə imza atan hökuməti yaxşı heç nə gözləmir: "Paşinyan hökuməti, təbii ki, siyasətlə birdəfəlik vidalaşmalıdır və Ermənistanda "vətən xaini" adlandırıla bilər. Ona görə də sülh anlaşması prosesi xeyli uzanacaq. Yəni, onu tezlikləəldə olunacağını düşünmürəm. Əlbəttə ki, burada xarici və beynəlxalq amillərin rolu da ola bilər. Amma həlledici amil daxili siyasət olacaq".AzPolitika.info
Tarix: 10-11-2020, 09:16
Xəbəri paylaş



Xəbər lenti