“Erməni deputat Mingəçevir su anbarını vuraraq Azərbaycana qarşı terror törətməyə dair çağırışlar edir” - Hikmət Hacıyev




“Ermənistan Milli Məclisinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı AŞPA-da təmsil olunan Nairə Zohrabyan Mingəçevir su anbarını vuraraq Azərbaycana qarşı terror törətməyə dair çağırışlar edir. Belə düşüncəyə sahib siyasətçi AŞPA mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter səhifəsində paylaşıb.
Tarix: 9-11-2020, 21:54
Xəbəri paylaş



Xəbər lenti