XOCAVƏND İSTİQAMƏTİNDƏ QIZĞIN DÖYÜŞLƏR GEDİR:düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib


Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.
Bu barədə Strateq.az-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.
Tarix: 8-11-2020, 16:46
Xəbəri paylaş



Xəbər lenti