Erməni hərbçiləri Şuşadan Xankəndiyə qaçıblar - FOTO




Azərbaycan Silahlı Qüvvələri Qarabağın qədim tarixi şəhəri hesab olunan Şuşaya çatıb.
 
Pravda.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu “Le Monde” nəşri məlumat yayıb.
 
Xəbərdə qeyd olunur ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbiçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçıblar.
 
Fransa nəşri yazır ki, bu artıq müharibənin taleyinin həll edilməsi anlamına gəlir.
 
“Belə görünür ki, döyüşlər artıq noyabrın 6-da bütünlüklə Azərbaycan silahlı Qüvvələrinin xeyrinə dönüb”, - “Le Monde” yazır.
 Fotoları təqdim edirik



Tarix: 7-11-2020, 21:41
Xəbəri paylaş



Xəbər lenti