Azərbaycanda adı yaradılmış yeni qızılgül sortlarına verilən akademiklərin olduğunu bilirdiz?
Onlardan biri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdur.Sortun adı " Akademik Əhliman Əmiraslanov".
Digər sort Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, geoloq akademik Akif Əlizadənin adını daşıyır. Sortun adı " Akademik Akif Əli-zadə"Bir başqa sort Mirşahin haqda çıxışına görə əbədi rəhmət qazanan mərhum akademik Cəlal Əliyevdir. Sortun adı " Akademik Cəlal Əliyev"Adının qızılgülə verildiyi digər akademik isə 1968-ci ildən 1987-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutuna başçılıq etmişdi Həsən Əliyevdir. Sortun adı " Akademik Həsən Əliyev"Daha bir akademik Tofiq Nağıyevin də adı qızılgül sortuna verilib.Sortun adı " Akademik Tofiq Nağıyev"Botanik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik İmam Mustafayevin də adı Azərbaycanda yardılan qızılgülün yeni sortuna verilib...Bir sözlə... Gül kimi akademiklərimiz var imiş... Bilməmişik...Müəllif: Elçin Rəhimzadə - Mənbə: "DİA-AZ"
Tarix: 5-04-2026, 13:12