
Ölkəmizdə idarəçilikdə kifayət qədər təcrübəsi olan yaşı 70-i keçmiş bir sıra məmurlar da var.
Oxu24com Azərbaycanda yüksək vəzifədə işləyən 70 yaş və yuxarı ən yaşlı məmurların siyahısını təqdim edir:
Siyahıya Baş nazirin müavini 80 yaşlı Yaqub Eyyubov liderlik edir.
Yaşı 70-dən yuxarı olan məmur siyahısını təqdim edirik:
1) Baş nazirin müavini Yaqub Eyyubov - 80 yaş
2) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov - 79 yaş
3) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova - 76 yaş
4) Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev - 76 yaş
5) Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov - 74 yaş
6) İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov - 73 yaş
7) Elm və təhsil nazirinin müavini Firudin Qurbanov - 73 yaş
8) DİM-in sədri Məleykə Abbaszadə - 72 yaş
9) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov - 71 yaş
10) Baş Nazir Əli Əsədov - 70 yaşına keçib.