"Qohumlara məhdudiyyətlər var, amma qudalara yoxdur" - Əkrəm Həsənov Zaur Mikayılovun kadr təyinatından danışdı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudalarını Agentlikdə vəziyə təyin etməsi müzakirə yaradıb. Bu, qanunazidd hal kimi qiymətləndirilir.

Hüquqşünas Əkrəm Həsənov isə Pravda.az-a açıqlamasında deyib ki, Zaur Mikayılovun addımı birbaşa qanun pozuntusu deyil.

“Ümumən dövlət qulluqçularının etik davranış qaydaları var. Zaur Mikayılovun qudalarını öz çalışdığı qurumda vəzifəyə təyin etməsi qeyri-etik addım kimi qiymətləndirilə bilər. Digər ölkələrdə bu kimi hallar sədrin tabe olduğu qurumlarla razılaşdırılmalıdır. Orada qohumların siyahısı olur. Quda bizim ölkədə elə də yaxın qohum deyil. Qohumlara bəzi məhdudiyyətlər var, amma qudaya yoxdur. Quda ailə üzvü sayılmır. İstənilən halda, yaxşı vəziyyət deyil. Başqa yerdə iş yoxdur ki?”, – Ə.Həsənov bildirib.

Tarix: 7-09-2024, 22:34
Xəbəri paylaş



Xəbər lenti