Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar


Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - FotolarYellowknife, Kanada

Şimal yarımkürəsindəki şəhərlər, kəndlər özlərinin ən soyuq iqlimə malik olduğunu bildirirlər. Məsələn, İsveçin Östersun şəhəri “Qış şəhəri” kimi tanınır və şəhər rəhbərliyi Qış Olimpiya Oyunlarına namizəd olmaqla bu adı möhkəmlətmək niyyətindədir. Qeyd edək ki, eyni təqdimatdan Finlandiyanın Oulu və Kanadanın Edmonton şəhərləri də istifadə edirlər. Bir sözlə, şimal şəhərləri üçün dərəcənin nə qədər sıfırın altına düşə bilməsi qürur məsələsinə çevrilib.

Bəs həqiqətən də ən soyuq şəhər hansıdır?
Bu suala cavab tapa bilmək üçün 30 ildir ki, planetin bütün şəhərlərinin temperatur ölçmələrini qeyd edən Dünya Meteorologiya Birliyinin Honq-Konqdakı rəsədxanasının hesablamalarına baxmaq kifayətdir.
Burada isə ən soyuq ərazi olaraq 4 namizəd var.
Yellowknife: -40 dərəcə
Kanadanın şimalında yerləşən Yellowknife soyuq havası ilə məşhurdur. Orta hesabla bir ailənin hər il isitməyə xərclədiyi pulun məbləği 5 min dollara çatır. Şəhər qaydalarına əsasən, binaların xarici divarlarında ən azı 30 sm izolyasiya olmalıdır. Daha bir maraqlı məlumat isə odur ki, yanğınsöndürənlər şlanqlarındakı suyun olduğu kimi paltarlarının da donmasından şikayətlənirlər.
Digər tərəfdən, texniki baxımdan Yellowknife dünyanın ən soyuq yeri deyil. Bir bölgənin soyuqluğu Külək Soyutma İndeksi ilə müəyyən edilir. Bu hesablama küləyin soyuqluğu vasitəsilə qəbul edilən temperaturu və insanın donmadan soyuqda neçə saniyə qala biləcəyini göstərir.
Oymyakon: Soyuq Qütb (-71,2 °C)
Oymyakon kəndi, Rusiya Oymyakon kəndi, Rusiya
Ölçülmüş ən soyuq yer -71,2°C ilə Şimal qütbünə ən yaxın Rusiya kəndi olan Oymyakondur. Kənddə 500 nəfər yaşayır. Oymyakonda orta temperatur -40 dərəcədir. Burada 5 həftə qalan Yeni Zelandiyalı fotoqraf Amos Çapple soyuqları belə təsvir edir: “Mən orada olarkən hava mənfi -47°C idi. Soyuqluğun fiziki olaraq ayaqlarımı aldığını hiss etdim. Həm də ağzımın suyu donub iynə kimi dodağıma batırdı. Rusiyanın Arktik Dairəsindən 350 kilometr cənubda yerləşən Oymyakon kəndində 1926-cı ildə ölçülən -71,2°C, Şimal yarımkürəsində ölçülən ən aşağı temperaturdur. Oymyakon küçələrdəki lövhələrdə “Soyuqların Qütbü” kimi təsvir edilir”.
Ulan-Bator: Qəbirlər qazmaq üçün yer odla əridilir (-45 °C)
Ulan-Bator, Monqolustan Ulan-Bator, Monqolustan
Monqolustanın paytaxtı Ulan-Batorda 1,3 milyon insan yaşayır. Çoxəsrlik tarixi olan bu yaşayış məntəqəsində yanvar ayının orta temperaturu -45°C-dir.
Ulan-Bator elə soyuq şəhərdir ki, cənazədən əvvəl qəbir qazmaq üçün od yandırmaqla buzlar əridilir və torpağı ancaq bu yolla çıxarmaq olar. Küçələrdə yardım olmadan gəzə bilmək, maşın sürmək və avtomobili işə salmaq kimi şeylər kabusa çevrilir. Şəhərdə buz qutularından istifadə etmək istəyənlər tərk edilmiş avtomobillərin baqajından istifadə edirlər.
Ulan-Batorda sərt iqlim şəraitinə görə tərəvəz və meyvə yetişdirmək çox çətindir. Bu səbəbdən şəhərin mətbəxi ətdən hazırlanan yeməklərdən ibarətdir. Qurudulmuş ət, mal əti və s.
Yakutiya: Soyuqdan təyyarələr hava limanına enə bilmir (-60°C)
Yakutsk, Rusiya Yakutsk, Rusiya
Rusiyanın Yakutiya federal bölgəsinin paytaxtı Yakutsk qışda orta hesabla -34 C ilə ən soyuq şəhər ünvanının əsl sahibi ola bilər. Arktika dairəsinin cənubunda, Yakutskda (Yakutiya) 300 min insan yaşayır. Burada -60 dərəcə şaxta da qeydə alınıb.
Tarix: 30-11-2021, 22:36
Xəbəri paylaş



Xəbər lenti