Ermənistan polisi dünən axşam saatlarında xüsusi əməliyyat keçirib.
Pravda.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İrəvanda keçirilən əməliyyat zamanı 16 nəfər kriminal aləm üzvü tutulub.
Saxlanılan şəxslərin arasında “Sevo” ləqəbi ilə tanınan qanuni oğru Armen Manukyan, “Boqo” ləqəbli Ruben Kostanyan, “Alo” ləqəbli Aleksandr Makaryan, “Zap” ləqəbli Andranik Soqoyan, “Artem Kanevski” ləqəbli Artem Arutyunov, “Noratustsi Aro” ləqəbli Ara Banduryan da olub.
Onların mənzillərində məhkəmənin qərarı ilə axtarışlar aparılıb, kəsici-deşici silahlar, gülləkeçirməz jiletlər, patronlar və s. götürülüb.
Tarix: 27-11-2021, 16:46