Jurnal gələcəkdən xəbər verib: 1997-ci ildəki proqnozlar reallaşıb - FOTO


Jurnal gələcəkdən xəbər verib: 1997-ci ildəki proqnozlar reallaşıb - FOTO
“Reddit” istifadəçiləri “Wired” jurnalının 1997-ci il sayında yayımlanmış dünyanın 25 il ərzində necə olacağı ilə bağlı məqaləni müzakirə ediblər.

Bəzi fikirlərin reallıqda baş verənlərə bənzədiyinə görə çoxları nəşrin gələcəkdən xəbər verdiyini bildiriblər.

Əsas müzakirə mövzusu isə “Wired” jurnalistlərinin bəşəriyyətin inkişafına mane ola biləcək on təhlükədən ibarət siyahısı olub. “TooSmalley” ləqəbli istifadəçi bu hissəni jurnalın skan edilmiş səhifəsindən paylaşıb.

İstifadəçilər hesab edirdilər ki, əksər məqamlar bu və ya digər formada artıq gerçəkləşib. Məsələn, məqalədə Çin və ABŞ arasında gərginliyin yeni “soyuq müharibə”yə səbəb olacağı müzakirə olunub.

Həmçinin məqamlar arasında Avropada inteqrasiya prosesinin yavaşlaması, qlobal iqlim dəyişikliyi, onun ərzaq təchizatına təsiri və qiymətlərin bahalaşması, cinayət və terrorizmin artması, ətraf mühitin çirklənməsi səbəbindən xərçəng xəstəliyinin artması, resurslar üçün həddindən artıq yüksək qiymətlər var.

Çoxları siyahıdakı sondan əvvəlki maddəyə diqqət yetirib. Burada yeni vəbadan – “ispan qripi”nin analoqundan danışılıb və xəstəliyin yanğın kimi alovlanacağı, 200 milyona qədər insanın həyatına son qoya biləcəyi barədə danışılıb. İstifadəçilər koronavirusun bu xəstəlik sayıla biləcəyini düşünürlər. Rəsmi statistikaya görə, pandemiya başlayandan bəri COVID-19-dan 5 milyondan bir qədər çox insan vəfat edib.

Sonuncu bənd tərəqqini həmişəlik dayandıracaq sosial və mədəni ictimai qınaq idi. İstifadəçilər hesab edirlər ki, bu, həm onlayn, həm də real dünyada mühakimə yolu ilə fərd və ya qrup fərdlərini tənqid etmək, cəzalandırmaq forması olan “ləğv mədəniyyəti” (“cancel culture”) ilə müqayisə oluna bilər.

İstifadəçilər belə nəticəyə gəlib ki, siyahı “apokaliptik binqo”ya bənzəyir.

Bununla belə, bəzi şərhçilər belə fikir bildiriblər ki, hər kəs siyahını özünəməxsus şəkildə şərh edir, ona görə də bəziləri üçün bu, tamamilə doğru görünə bilər, digərləri üçün isə müasir dünyada mövcud olan problemlərin yalnız qismən təsdiqidir.


Tarix: 23-11-2021, 09:51
Xəbəri paylaş



Xəbər lenti