Dırnaqlar bizi ölümcül xəstəlikdən xəbərdar edir - Qaraciyər yağlanmasının ağrısız əlamətləri


Dırnaqlar bizi ölümcül xəstəlikdən xəbərdar edir - Qaraciyər yağlanmasının ağrısız əlamətləri


Qaraciyər yağlanması insan həyatı üçün təhlükəli dəyişikliklərdən biri hesab edilir. Bu dəyişiklik insanın ən mühüm orqanı olan qaraciyərin öz funksiyasını yerinə yetirməsini çətinləşdirə, hətta tam dayandıra bilər. Qaraciyər yağlanmasının insanlar üçün yaratdığı ən böyük risk onun öncədən müəyyənləşdirilməsinin çətin olmasıdır. Amma həkimlər hesab edir ki, insanlar özündə müşahidə etdiyi bəzi dəyişikliklərə diqqət yetirməklə yağlanmanı öncədən təsbit edə bilər. Sfera.az Amerika Qaraciyər Vəqfinə istinadən bildirir ki, erkən mərhələlərdə yağlanmanın heç bir simptomu olmasa da, bəzi dəyişikliklər qaraciyər yağlanmasının xəbərçisidir. İlk növbədə əldə baş verən bir neçə dəyişiklik qaraciyər yağlanmasının əlamətidir. Əl içinin ağarması və dırnaq yataqlarında saralma qaraciyəri yağlanmasının xəbərçisi ola bilər.
Dərinin və göz ağlarının saralması, qarının orta və ya yuxarı sağ hissəsində narahatlıq hissi də qaraciyər yağlanmasının göstəricidir. Tünd qara qatranlı nəcis və ya tünd sidik ifraz edən şəxslər də təcili tibbi yardım axtarmalıdır. Digər ciddi simptomlar qan qusması, göyərmə, dəri qaşınması və qarnın aşağı hissəsinin şişməsidir.
Mütəmadi spirtli içki qəbul edənlər də qaraciyər yağlanması ilə rastlaşır. Bu halda ilk tədbir spirtli içkilərdən imtina etməkdir. Əgər sizdə yağlı qaraciyər xəstəliyi varsa, alkoqoldan qaçınmaq zərəri aradan qaldıra bilər.
Diabet, yüksək qan təzyiqi və böyrək xəstəliyi kimi digər sağlamlıq problemləri varsa, bunlar da qaraciyər yağlanmasının xəbərçisi hesab olunur. Yaxşı xəbər odur ki, yağlı qaraciyər xəstəliyi tez-tez balanslaşdırılmış pəhriz yemək, fiziki cəhətdən aktiv olmaq və arıqlamaqla dayandırıla, hətta qaraciyəri əvvəlki vəziyyətinə qaytarmaq mümkündür. Üstəlik, qaraciyəriniz nə qədər az zədələnirsə, onu əvvəlki vəziyyətinə bərpa etmək bir o qədər asandır. Hətta ciddi zədələnmə olsa belə, qaraciyər müəyyən qədər özünü bərpa edə bilər.
Tarix: 16-11-2021, 12:36
Xəbəri paylaş



Xəbər lenti