"Maska geyinmək lazım deyil, daha çox yaxşı görünməyə çalışmayın, sadəcə özünüz olun..."


Rusiyalı psixoloq ailə həyatının ilk ilində boşanmalara gətirib çıxara biləcək səhvlərdən danışaraq, birgəyaşayışın əvvəlində uşaq barəsində düşünməməyi tövsiyə edib.
 
Mütəxəssisin sözlərinə görə, cütlüklər bir-birilərinə yaxşı bələd olmadığından səhvlərə yol verilir. Bunların arasında ən geniş yayılan yanlışlıq nikahın ilk ilində uşağın doğulması, bir-birini anlamamaq, münasibətlərdə heç də hər şeyi açıqlamamaq, özünü yaxşı cəhətdən göstərmək və öz tərəfdaşını buna inandırmaqdır.
 
Yaqubova cavan cütlüklərə uşağın doğulmasını təxirə salmağı məsləhət görüb.
 
Məsələ bundadır ki, bir çoxları üçün uşağın doğulması güclü stres yaradır, nəticədə cütlük arasında nifaq yarana bilər.
 
"Mən nikahın ilk ilində uşaq dünyaya gətirməyi təxirə salmağı tövsiyə edirəm. Uşaq haqqında qərar düşünülmüş olmalı və müəyyən müddətdən,  bir-birinizə lazım
olduğunuzu anladıqdan sonra verilməlidir. Əgər münasibətlərdə problemlər yaranarsa, qətiyyən uşaq dünyaya gətirmək lazım deyil. Bu problemlər böyüklər arasında həll edilir və uşaq burada heç məqsədəuyğun sayıla bilməz",-psixoloq belə deyib.
 
Bir-birini anlamamaq və daha yaxşı tanımamaq ailə cütlüklərinin boşanmaya gətirib çıxara biləcək tipik səhvlərindən biridir.
 
Bunun qarşısını almaq üçün daimi olaraq bir-birinizlə ünsiyyətdə olmalısınız.
 
"Bəzən münaqişə baş verməsin deyə hər hansı bir məsələ haqqında susmaq istəyi yaranır, bu, düzgün strategiya deyil. Danışmaq və söhbət etmək gərəkdir. Özünüz üçün nələri qəbul edə bilməyəcəyinizi, hüquqlarınızın və vəzifələrinizin nədən ibarət olacağını aydınlaşdırın və s.", -Yaqubova deyib.
 
Ekspert həmçinin qeyd edib ki, münasibətlərdə özünüz olmağa çalışın.
 
Çox zaman cütlüklər daha cazibəli olmaq, tərəfdaşında simpatiya yaratmaq məqsədilə ünsiyyətin əvvəlində özünü yaxşı tərəfdən göstərmək istəyir. Bu, normaldır, lakin müəyyən həddi gözləmək şərtilə.
 
"Maska geyinmək lazım deyil, daha çox yaxşı görünməyə ehtiyac yoxdur, sadəcə olaraq, özünüz olun və birgə yaşaya biləcəyinizi müəyyənləşdirin"-Yaqubova aydınlıq gətirib.
 
Bundan başqa, nikahın ilk ili özünüz olaraq sevilməyinizi və münasibətlərdə özünüz kimi qalmağı bacarmağınızı müəyyən etmək üçün yaxşı dövrdür.
 
Psixoloq istənilən münasibətlərdə riayət edilməli əsas qaydalar arasında cütlüyün hər birinin özünü şəxsiyyət kimi qoruyub saxlamağın vacibliyindən danışıb.
 
"Bəli, siz birlikdəsiniz, bəli, bir-birinizi sevirsiniz, lakin ayrı-ayrılıqda olduğu kimi, birlikdə də siz özünüzü yaxşı hiss etməlisiniz. Öz "mən"inizi, "identifikasıyanızı" qoruyub saxlayın",-Yaqubova izah edib.
 
Bütün bunlardan savayı, mütəxəssis ailə həyatı boyunca bütün qüvvələri münasibətlərdə nikahın ilk ili üçün səciyyəvi olan romantikanı qoruyub saxlamağı və sonadək davam etdirməyi məsləhət görüb.
 
Moderator.az

Tarix: 8-11-2021, 22:31
Xəbəri paylaş



Xəbər lenti