Dünyadakı cənnət 2050-ci ildə yox olacaq!


NASA dünyanı gözləyən fəlakəti elan etdi

NASA və USGS (ABŞ Geoloji Araşdırma Departamenti) araşdırmasına görə, hazırkı qlobal istiləşmə davam edərsə qarşıdakı 25 il ərzində Maldiv adalarının 80 faizi yox olacaq. Maldivlər 2050-ci ilədək yaşayış üçün uyğunsuz vəziyyətə gələcək. “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, bu haqda ABC News məlumat yayıb. Məlumatda qeyd olunur ki, NASA və USGS apardığı təhqiqat iqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin yüksəlməsi, 1192 ada üzərində dayanan Maldivlərin gələcəyini təhdid edir. Bu gedişlə maldivlər 2050-ci ildə yer üzündən silinə bilər. Maldivlərin Prezidenti İbrahim Mühammed Salih BMT-nin 26-cı İqlim Dəyişikliyi Konfransında çıxışı zamanı adaların bir-bir sular altında qaldığını söyləyib: “Bu gedişatı dayandırmasaq, Maldivlər əsrin sonunadək yox olacaq”.   Adaların 90 faizində artıq eroziya başlayıb, 97 faizində isə şirin su ehtiyatları tükənmək üzrədir. Mütəxəssislər hesab edir ki, dünyadakı cənnəti – Maldivləri xilas etmək üçün təcili surətdə beynəlxalq səviyyədə çalışmalara başlanmalıdır. 

Tarix: 6-11-2021, 10:27
Xəbəri paylaş



Xəbər lenti