İki ölkənin - ABŞ və Çilinin alimləri “Atakama” səhrasının sakinləri tərəfindən çoxdan tapılan tünd yaşıl və qara şüşə qırıqlarına dair suallara aydınlıq gətiriblər.Cebhe.info xəbər verir ki, “Geologiya” jurnalının məlumatına görə, onların tərkibində meteoritlər və kənar mənşəli digər obyektlər üçün xarakterik olan mineral fraqmentlər var. Bundan əlavə, bu şüşələr 2004-cü ildə Stardust missiyası tərəfindən Yerə çatdırılan “Comet 81P / Wild”-in minerallarına bənzəyirlər. Ola bilsin ki, bu fraqmentlər 12 min il əvvəl səhrada partlamış, tərkibində oxşar olan kometin parçalarıdır.
Sirli səma cisminin partlaması vaxtı Cənubi Amerikada yaşamış iri heyvanların - meqafaunanın nəsli kəsildiyi dövrə, eləcə də orada tarixdən əvvəlki ovçuların peyda olduğu vaxta təsadüf edir.
Partlayışın gücü o qədər böyük olub ki, fraqmentlər nəhəng bir əraziyə səpələnib. "Şüşə" yatağının uzunluğu 75 km olub.
Mütəxəssislərin fikrincə, kometin parçaları yanğına səbəb olub və bu, “Atakama”nın qədim meşələrinin, onların sakinlərinin ölümünə səbəb olub. Son min illər ərzində şüşənin niyə səhranın səthinin altına düşmədiyi aydın deyil.
Tarix: 4-11-2021, 22:08