Fotoqrafın 2118 -ci ilə gedərək çəkdiyini iddia etdiyi fotoşəkil görənləri qorxuya saldı VİDEO, FOTOLAR
Şimali Koreya ilə ABŞ arasında III Dünya müharibəsi başlayacaq…
Aleksandr Smit adlı şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı video gündəm olub. Videodakı əsrarəngiz adam Mərkəzi Kəşfiyyat İdarəsinin missiyası çərçivəsində 2118 -ə getdiyini və bu ildən bir foto çəkib gətirdiyini iddia edib. Fotoda dünyanın qlobal istiləşmənin təsiri altında olduğu görünüb.
A.Smit 1981-ci ildə MKİ tərəfindən çox gizli bir missiya ilə gələcəyə göndərildiyini və bu missiya ilə bağlı bir fotoşəkil çəkdiyini də iddia edib. Onun sosial şəbəkədə paylaşdığı video qısa müddətdə milyonlarla dəfə izlənilib. Sözügedən fotoşəkildə səhra və kaktuslar var. Smith 2118 -ci ildə Yer kürəsinin qlobal istiləşmənin təsiri altına girəcəyini söyləyib.
A.Smit yadplanetlilər haqqında da bəzi iddialar irəli sürüb. Yadplanetlilərin varlığına inandığını ifadə edən Smit bunları deyib: "Səyahətim çox təhlükəli idi, amma uğur qazandıq. Gəlin sizə yadplanetlilər haqqında bunları söyləyim. Onlar var, amma indi yox, gələcəkdə bizi ziyarət edəcəklər ".
Smit 3 -cü Dünya Müharibəsi haqqında da danışıb. Smitin dediklərinə görə, Şimali Koreya ilə ABŞ arasında III Dünya müharibəsi başlayacaq. Daha bir iddiaya görə, dünya bu müharibədən sonra daha da yaşanılacaq bir yerə çevriləcək. Musavat.com