Psixoloq Vəfa ƏkbərAbraham Maslou hesab edirdi ki, insanların yalnız 1 %-i yetkin insan xüsusiyyətlərinə malikdirlər və onlar “keyfiyyətli insan” nümunəsidirlər. Maslou həmin yetkin insanların 15 xüsusiyyətini bu cür qeyd edirdi:
- Reallığı daha adekvat qəbul edirlər, stereotiplərdən və önyarğılardan azaddırlar, naməlum şeylərə maraq göstərirlər.
- Özlərini və başqalarını olduğu kimi qəbul edir, yırtıcı davranış formalarından istifadə etmir və başqalarının da bu cür davranışını qəbul etmirlər.
- Sadə və təbiidirlər. Ritual, adət və ənənələri yerinə yetirir, lakin onlara yumorla yanaşırlar.
- İşgüzardırlar. Belə insanlar adətən özləri ilə deyil, həyat məqsədləri ilə məşğul olurlar. Onlar bir növ filosofdurlar.
- Bir çox hadisələrə münasibətdə uzaqdan müşahidə mövqeyi tuturlar. Bu, onlara pis hadisələri daha rahat yaşamağa kömək edir. Onlar adətən tənhalığı sevirlər.
- Avtonomdurlar və ətrafdakılardan asılı deyillər. Frustrasiyaya dayanıqlıdırlar.
- Hər dəfə naməlum şeylərdə nəsə yeni bir şey tapmaq bacarıqları olur.
- Şəxsi “Mən”in yox olması ilə xarakterizə edilən təəssüratları bol olur.
- Bütün bəşəriyyətə bağlılıq hiss edirlər.
- İnkişafyönümlü insanlarla dostluq edirlər; dərin münasibətlərin hökm sürdüyü dar tanışlıq dairələri var. Şəxsiyyətlərarası münasibətlərdə düşmənçilik etmirlər.
- Münasibətlərdə demokratikliyə üstünlük verirlər. Başqalarından öyrənmək bacarıqları var.
- Daxili mənəvi normaların dayanıqlığı. Xeyir və şəri dərindən hiss edirlər.
- Fəlsəfi yumor hissinə malikdirlər. Özlərinə və həyata yumor hissi ilə yanaşmağı bacarırlar. Lakin başqalarının əzabları və çatışmamazlığı onlarda heç zaman gülüş doğurmur.
- Görəcəkləri işdən asılı olmayaraq hər işə yaradıcı yanaşmağı bacarırlar.
- Mənsub olduğu mədəniyyətə tənqidi münasibət: yaxşı xüsusiyyətlər seçir, pislərdən imtina edirlər. Özlərini hər hansı bir mədəniyyətin deyil, bəşəriyyətin nümayəndəsi hesab edirlər.
Tarix: 11-09-2021, 23:05