“Bir tərəfdən deyirik ki, biz müsəlmanıq, Quranımız, kitabımız, Peyğəmbərimiz var. Digər tərəfdən də deyirik ki, Babək müsəlmanlığa qarşı mübarizə aparıb, bizim milli qəhrəmanımızdır”.AJMEDİA.İNFO yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bumeranq TV-də söyləyib.
O, Babəkin Bəzz qalasından bir addım da kənra çıxmadığını bildirib:
“Deyirlər ki, guya, bütün Azərbaycan işğal olunub yalnız Bəzz qalası dağın başında qalıb, Babək də mübarizə aparıb. Babək Bəzz qalasından bir addım kənara çıxmayıb.
Məşhur rus akademiki Vasili Bartold deyir ki, “İkinci dünya müharibəsi ərəfəsində Mərkəzi Komitə bizə tapşırdı ki, SSRİ xalqlarına qəhrəman obrazları vermək lazımdır ki, müharibədə vuruşsunlar”.
Həmin Bartold ilk dəfə Babək haqqında 9 səhifəlik bir məqalə yazıb ki, azərbaycanlıların tarixində belə bir adam olub. Ondan sonra Ziya Bünyadov Babək haqqında monoqrafiya yazıb. Yəni 1939-cu ilə qədər Azərbaycan xalqının Babək haqqında heç bir məlumatı olmayıb. Milli qəhrəmanı millət özü ilə yaşada-yaşada aparır.
Babək Məzdəkilərin 4-cü hərəkatının lideri olub. Bu məzhəb İslamın, Buddizmin və Atəşpərəstliyin qarışığı olan bir məzhəb olub. Burada İslam adətlərinə zidd olan bəzi məsələlər olduğuna görə xürrəmilər təqib olunublar, sonra qaçıb Bəzz qalasında gizləniblər. Başlayıblar öz ayinlərini icra etməyə.
Söhbət hansısa torpaq işğalından getmir. Bilirik ki, orta əsrlər İslamda bir neçə təriqət ləğv olunub. Zahiri təriqəti, Babilər var idi sürgün edildilər. Digər təriqətdə Babəkin Xürrəmilər təriqəti idi ki, təqib olunurdu.
Babək görür ki, təqib olunur. Gecə ilə erməni arvadını və ondan olan iki uşağını götürür gedir arvadının dayısıgilə. Yəni Səhil Sumbatın evinə. Sumbat da bilirdi ki, xəlifə Babəkin başına 2 milyon dirhəm pul qoyub. Sumbat xəlifə ilə razılaşır 2 milyon dirhəmi alır bacısını, uşaqları və Babəki xəlifəyə təhvil verir. Babəki aparırlar Samirə şəhərinə, orada xəlifəyə yalvarır ki, “Bağışla məni” xəlifə deyir ki: “Sən günahsız olan çox müsəlmanı öldürmüsən, mən səni bağışlaya bilmərəm”
Babəkin qollarını kəsirlər. Xəlifə deyir ki, “Bunun qollarının kəsilməsi azdır, çox müsəlman başı kəsib. Qolları ilə onu döyəcləyin”. Onu döyəcləyirlər. İndi bizimkilər bizimkilər yazır ki, guya Babək görür ki, rəngi saralır qanı ilə üzünü boyayır. Bu tamamilə mifikləşdirilmiş bir şeydir, uydurmadır.
Babək milliyətcə Puştundur. Əsl adı da Babuk Hasandır. Azərbaycan sovet ensiklopediyasına daxil olun, bu adamın kim olduğuna baxın. Babəkin türklərlə heç bir əlaqəsi yoxdur”.
Tarix: 8-09-2021, 21:42