Bəni-İsrayildən olan bir kişi möhkəm bir saray inşa edir və məclis təşkil etmək üçün müxtəlif yeməklər hazırlayır. Şəhərin ancaq zəngin insanlarını dəvət edir və yoxsulları çağırmır.
Yoxsullardan dəvətsiz gələnlərə isə deyir ki, bu yeməklər sizin kimilər üçün deyildir.
Bu zaman Uca Allah iki mələyi yoxsul qiyafəsində yerə endirir. Kişi onlara da həmin sözləri deyir.
Allah bu iki mələyə əmr edir ki, zənginlərin qiyafəsini geyinib o məclisə daxil olsunlar. O zaman ki, zənginlərin paltarını geyinirlər, onları məclisə qəbul edirlər. Onları əziz tutub, məclisin başında əyləşdirirlər.
Bu biabırçı vəziyyətə görə, Allah bu iki mələyə əmr edir ki, o şəhəri və onda olan hər kəsi yerə batırsınlar.
/Deyerler.org/
Tarix: 27-08-2021, 08:25