İngilis bacılar Məhəmməd Salahın şəxsiyyətindən təsirlənib müsəlman oldu-FOTO

İngilis bacılar Məhəmməd Salahın şəxsiyyətindən təsirlənib müsəlman oldu-FOTO
İngiltərədən olan iki bacı: Nikki və Emi sevimli futbolçuları, “Liverpul” hücumçusu Məhəmməd Salahın şəxsiyyətindən təsirlənərək İslamı qəbul ediblər. 
 
Moderator.az xəbər verir ki, bu haqda Britaniyanın “Middle East”  nəşri məlumat yayıb.
 
"Avropa müsəlmanlarından və Məhəmməd Salahın təvazökarlığından təsirləndik"- deyən qızlar İslama maraqlarının səbəbini izah ediblər. Ancaq onlar “Seventh Day”(“Yeddinci gün”) nəşrinə dərhal müsəlman olmağa qərar vermədiklərini,  əvvəlcə bir müddət düşünüb götür-qoy etdiklərini bildiriblər. 
 
Tez -tez Misirə tətilə gedən bacılar burada ilk dəfə İslamla maraqlanıb və Avropada yaşayan müsəlmanları daha yaxından tanımaq qərarına gəliblər. Eyni zamanda sevimli komandalarında oynayan futbolçu Məhəmməd Salahın həyatı və davranışlarını da araşdırmağa başlayıblar. Salahın və ümumiyyətlə, Britaniya müsəlmanlarının ləyaqətli həyat tərzi onların son qərarında həlledici rol oynayıb. Nəticədə ingilis bacılar Misirə son səfərlərində müsəlman olmaq qərarına gəliblər.

Tarix: 24-08-2021, 08:33
Xəbəri paylaş



Xəbər lenti